Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) - qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər.
Etiologiya
Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər:
infeksion endokardit
aortal disseksiya.
Xroniki AÇ-ğın səbəbləri bunlardır:
ikitaylı aortal qapaq - anadangəlmə səbəblərdən biri.
membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru - ən yayqın anadangəlmə anomaliya
aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2-3 tayın olmaması
revmatik qızdırma
infeksion endokardit
miksomatoz degenerasiya
aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri
qalxan aortanın anomaliyaları
uzunsürən tənzimlənməyən qan təzyiqi
Marfan sindromu
idiopatik aortal genişlənmə
sistik media nekrozu
aortanın qocalıq ektaziyası, genişlənməsi
sifilitik aortit
revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit
başqa spondiloartritlər
Whipple xəstəliyi.
Əlamətləri
Aortal çatışmazlıq iki cür olur:
kəskin AÇ - ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir.
xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.
Diaqnostika
Fiziki müayinə
Elektrokardioqrafiya (EKQ)
EKQ dəyişiklikləri qeyri-spesifikdir:
Sol mədəcik (SM)hipertropfiyası,
ürəyin elektrik oxunun sola meyilliyi,
sol qulaqcıq hipertrofiyası (böyüməsi),
SM-in aşırı yüklənməsi əlamətləri: I, aVL, V3-V6 aparmalarda dərin Q dişləri və V1 aparmasında nisbətən kiçik r dişciyi
SM keçiricilik pozuntuları - adətən xəstəliyin son aşamasında olur.
Rentgen
Döş qəfəsinin rentgeni ürəy-damar sistemində quruluş (aortal genişlənmə, qapaq protezinin yerindən çıxması, aortal qapaq kirəclənməsi) və çalışmada pozuntularını (ağciyər ödemi, kardiomeqaliya) əks etdirə bilər.
Döşüstü exokardioqrafiya
ExoKQ zamanı aşağıdakı ölçülərin dəyərləndirilməsi keçirilir:
Aortal qapağın quruluşu: ikitaylı yoxsa üçtaylı, qalınlaşma?
Vegetasiyaların və düyünlərin mövcudluğu - bəzi hallarda yeməkborusudaxili exokardioqrafiyasının keçirilməsini tələb edir.
AÇ-ın dərəcəsi
rəngli Doppler şırnağının eni
Vena contracta-nın eni: ağır dərəcəli AÇ-da sol mədəciyin çıxış traktının 65%-dən artıq olur
Qayıdan qanın həcmi, qapaq sahəsi
mitral qapağın erkən qapanması (ağır AÇ-da olur) və aortal qapağın açılması (sol mədəciyin son diastolik basıncının yüksəlməsi ilə)
basıncın yarı-sürəsi: adətən 300-350 msan-dən az davam edirsə ağır dərəcəli AÇ müşahidə olunur
aortanın yanaşı qüsurları: genişlənmə, anevrizma, disseksiya, ektaziya
sol mədəciyin (SM) quruluşu və çalışması: hipertrofiya, dilatasiya? Atım fraksiyası (AF) və sonsistolik ölçü (SSÖ): 55%-dən aşağı AF, 55mm-dən yuxarı SSÖ, 60 mL/m²-dan çox SM-in son sistolik həcmi ürək çatışmazlığın bəlirtiləridir və cərrahi əməliyyat gərəkdiyini göstərir.
ürək çatışmazlığı nəticəsində baş verən ikincili ağciyər hipertensiyasının olub-olmadığı
Doppler ExoKQ qayıdan axının dərəcəsini dəyərləndirmək üçün seçim vasitəsidir. İkiölçülü ExoKQ aortal kökün ölçüsünü və quruluşunu, eləcə də SM-in çalışmasını qiymətləndirir.
Müalicə
Cərrahi müalicə
Kəskin AÇ-ın müalicəsi təcili cərrahi yolla qapaqların dəyişdirilməsidir.
Hazırkı Amerikan Kardioloji Kollecinin (AmeKK) qılavuzlarına görə, ağır dərəcəli xroniki AÇ zamanı aşağıdakı hallarda cərrahi müayinə tövsiyyə olunur :
simptomlu xəstələrdə,
şikayətsiz xəstələrdə AF 55%-dən azdırsa (Avropa Kardioloji Qurumunun (AvroKQ) qılavuzlarında . bu hədd 50%-dir)
şikayətsiz xəstələrdə SM genişlənmişsə (SM-in SSÖ-sü 55 mm artıqdırsa).
Qapaq protezlərinin seçimi
Kateterli aortal qapaq dəyişdirilməsi
Kateterli aortal qapaq dəyişdirilməsi (ing. transcatheteric aortic valve implantation (TAVI) və ya transcatheteric aortic valve replacement (TAVR)) aortal stenozun müalicəsi kimi ortaya çıxsa da hal hazırda əsasən AÇ-lı xəstələrdə işlədilir. Bu zaman bioloji qapaq protezi xüsusi zondun (katerer, tel, xortum) vasitəsiylə bud arteriyası yoluyla aortaya yerləşdirilir və sternotomiyaya (döş sümüyünün yarılması) gərək duyulmur. İlkin hesabatlar ümidvericidir, ancaq daha çox elmi araşdırma aparılmalıdır.
Dərman müalicəsi
Damargenişləndiricilərindən (kalsium blokatorları), sidikqovuculardan və AÇF inhibitorlarından istifadə etmək olar.
Tarix: 10.07.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Tibb