Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TibbKeratoplastika

Keratoplastika (yun. keras (keratos): buyvuz+plastika) — gözün buynuz qişasının köçürülməsi.

Görmə itiliyinin azalmasına səbəb olan buynuz qişanın kəskin bulanması zamanı tətbiq edilir. Keratoplastika zamanı görmə nisbətən, yaxud tam bərpa olunur. Keratoplastika adətən, buynuz qişanın dərin çapıqlarında, yanıqlarda, ağır keratitlərdə gözün ağır zədələnmələrində, habelə kosmetik məqsədlə aparılır. Ardı »

Tibbİbrahim Topçubaşov

Həyatı

İbrahim Topçubaşov 7 noyabr 1924-cü ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib. 1958-ci ildən Azərbaycan Tibb İnstitutunda cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb. 1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Fəaliyyəti

Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri Çexoslovakiyada, Polşada, Bolqarıstanda, Türkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir.
Ailəsi

İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub.

Flora Kərimova ilə ailəli olub.
Filmoqrafiya

Ardı »

Tibbİv Sen Loran

İv San Loran (fr. Yves Henri Donat Mathieu-Saint-Laurent; d. 1 avqust 1936, Oran, Əlcəzair – ö. 1 iyun 2008, Paris, Fransa) — Fransa modelyeri.
Həyatı

1936-cı ildə hələ Fransanın müstəmləkəsi olan Əlcəzairdə doğulan Loran 1954-cü ildə "Kristian Dior" moda evinə qoşulub. Bundan iki il sonra Kristian Dior vəfat etdi və San Loran 21 yaşında baş dizayner oldu.

Bir ara onu Əlcəzairdə vuruşmaq üçün əsgər də çağırıblar.

İv San Loran dünyanın yüzlərlə adlı-sanlı qadınını geyindirən moda evi açıb. Lakin dizayner 2002-ci ildə bütün moda salonlarını bağlayaraq bildirib ki, tamamilə kommersiyalaşmış sənayenin bir hissəsi olmaq istəmir. Ardı »

TibbCavad Heyət

Cavad Heyət — cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru
Həyatı

Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından imiş. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınmışdır. Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynamışdır.

Cavad Heyət ilk Ardı »

TibbKonyunktivit

Konyunktivit — gözun selikli qişasının iltihabı. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, "yad cisim" hissiyyatı ilə özünü biruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir.
Yaranma səbəbləri
Konyunktivitlər müxtəlif mikroblorla törədilir: bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar (həmçinin allergik konyunktivitlər də mövcuddur). Törədici mikroblardan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərirlər. Müalicə olunmamış konyunktivit xroniki formaya keçir, keratit, buynuz qişanın xorası ilə nəticələnə bilir. Hətta gözün və görmə qabiliyyətinin itməsinə də gətirib çıxara Ardı »

TibbHemoliz

Hemoliz (qəd. yun. αἷμα qan + λυσις dağılma) — hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi.

Bu zaman plazma qırmızı rəngə boyanır və şaffaf olur.(laklanmış qan yəni parıldayan qan) .Eritrositlərin dağılması osmotik təzyiqin azalmasından törənə bilər.Belə halda ,əvvəlcə eritrositlər şişir,sonra partlayırlar - osmotik hemoliz.Eritrositlərin osmotik dözümlülüyünün ölçüsü NaCl un konsentrasiyasıdır.İnsanlarda osmotik hemoliz NaCl un 0,4%-li məhlulunda başlayır, 0,34% li məhlulunda isə eritrositlərin hamısı dağılır.Bəzi xəstəliklər nəticəsində eritrositlərin osmotik dözümlülüyü azalır və hemoliz,plazmada NaCl un daha yüksək konsentrasiyasında başlayır.

Eritrositlərin zülal-lipid qılafının dağılmasını törədən maddələrin təsiri ilə hasil olan hemoliz - kimyəvi hemoliz adlanır.Belə maddələrə efir, Ardı »

TibbSümük iliyi

Sümük iliyi —

Qanın bütün formalı elementləri - Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar.Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60-65% i mieloid,10-15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 Ardı »

TibbStenokardiya

Stenokardiya (lat. angina pectoris) — ürək xəstəliyi.

Stenokardiya ürək nahiyəsində başlayan kəskin ağrı ilə xarekterizə olunan ürəyin işemik xəstəliklərindəndir. Ən çox hallarda bu nahiyədə əmələ gələn ağrı hissinə səbəb, ürəyin qanla təminatının müəyyən müddətə pozulmasıdır. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir.

Yayılması
Patofiziologiya
Klinik təzahürlər
Təsnifat
Müalicə
Differensial diaqnostika

Yayılması

Patofiziologiya Patofiziologiyasının əsasında koronar damarlara bağlı olaraq baş verən işemiya durur. Elə xəstəliyin əsas əlaməti - döş sümüyü arxasındakı yandırıcı , Ardı »