Söz açımı
Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur . Oljas Süleymenov "lupus" sözünün "ulamaq" felindən əmələ gəldiyini yazır .
Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythema-dan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib.
Səbəbləri
Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər:
İrsi / Genetik
Ətraf mühit: infeksiya, günəş şüası
Dərmanlar
Təsnifat
Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur:
sistemli biçimi - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir.
dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşahidə olunur .
3 cür olur: yerli, yayılmış və uşaq diskoid formaları .
dərmanların törətdiyi forma
neonatal forma (körpələrdə qurd eşənəyi)
Əlamətləri (simptomları)
Qırmızı qurd eşənəyi istənilən orqanı zədələyə bilər. Heç də bütün xəstələrdə dəri zədələnmələri olmur. Bəzi xəstələrdə yalnız bir orqan sistemi patoloji prosesə cəlb oluna bilər: məsələn, yalnız psixoz və ya qlomerulonefrit şəklində özünü büruzə verən kliniki biçimdə. Digər xəstələrdə bütün orqan sistemləri zədələnə bilər: bəzən bu eyni vaxtda baş verə bilər, bəzənsə tədricən gedən proqres sonucu ola bilər.
Dəri zədələnmələri makular, diskoid, bullöz (suluqlu) ola bilər.
Daxili orqan zədələnmələri bir və ya bir neçə orqan sistemlərin cəlb olunması ilə izlənilə bilər.
Sinir sistemi: psixoz, qıcolma (rus. sudoroqa), xoreik hiperkinez, ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən ifliclər və s.
Qanyaradıcı toxumalar: leyko- və limfositopeniya, anemiya, trombositopeniya və trombozlar.
Ürək-damar sistemi: Libman-Saks endokarditi (qeyri-yoluxucu revmatik endokardit) , perikardit, antifosfolipid sindrom nəticəsində aşırı laxtalanma və
Tənəffüs sistemi: plevrit
Sidik-ifrazat sistemi: qlomerulonefrit, nefrotik sindrom
Törəmə orqanları: ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən uşaq salmalar .
Diaqnostika
İnkişaf etmiş ölkələrdə qurd eşənəyi xəstələri çox vaxt bir neçə tibbi uzman tərəfindən müayinə və müalicə olunur. Məsələn, diaqnostika mərhələsində dermatoloq xəstəni revmatoloq ya da terapevtin yanına yollaya bilər. Bunu psixiatr, nevropatoloq, ginekoloq da edə bilər, xəstəliyin ilkin simptomlarından asılı olaraq.
Dəri formaların diaqnostikası
Dəri formaları dərinin biopsiyası və qanda lupus-spesifik antibədənciklərin (əks-cisimlərin) səviyyəsini bəlirləmə nəticəsində qoyulur. Bu zaman daxili orqanların müayinəsi heç bir patoloji zədələnmə olmadığını göstərir.
Sistemli formanın diaqnostikası
Başqa autoimmun xəstəliklərdən ayırd olunmasını asanlaşdırmaqdan ötürü Amerikan Revmatoloji Kolleci 1982-ci ildə Sistemli qırmızı qurd eşənəyinin sinifləndirmə kriterlərini tərtib etdi . Amerikan Revmatoloji kollecinin 11 meyarı:
Üzün kəpənəkvari eritemi (qızartı, səpgi)
Diskoid qurd eşənəyi
Gün işığına həssaslıq
Ağız və burunda selikli qişanın xoraları
Qeyri-eroziv artrit (oynaq iltihabı)
Plevrit və ya perikardit
Nefrit (sidikdə silindrlərin və ya zülalın səviyyəsi günə 500 mg-dan artıq olması)
Ensefalopatiya (qıcolma və ya psixoz)
Qan dəyişikləri: retikulozlu hemolitik anemiya, və ya leykopeniya (< 4,000/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya limfopeniya (< 1,500/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya trombositopeniya (<100,000/ mm³ - bunu törədə bilən dərmanların təsiri istisna olubsa)
İmmunoloji pozuntular: ikiqat sarmallı DNT-a qarşı antibədənciklərin (anti-isDNA-AB), və ya Smith-Antigeni antibədənciklərin (Sm-AB), və ya antifosfolipid antibədənciklərin (antikardiolipin antibədəncikləri, müsbət lupus-antilaxtalayıcı testi, və ya yalançı-müsbət Vasserman reaksiyası) qanda tapılması.
Anti-nüvə antibədəncikləri (ANA)
11 kriterdən ən azı dördü müsbətdirsə, sistemli qırmızı qurd eşənəyindən danışmaq olar. Bunlar rəsmi olaraq sinifləndirmə kriterləri adlandırılsa da, Qərb uzmanları tərəfindən praktikada diaqnostika üçün də geniş istifadə olunur. Ancaq AKR meyarlarının bəzi nöqsanlarını bilmək çox önəmlidir:
Müalicəsi
Qlukokortikoidlər
Immuno-depressantlar
Sitostatik perparatlar
Salisatlar
Pirazolon preparatları
Indometasin
Bədəndəki histamin nisbətinin yüksəlməsi allergiyaya səbəb olar. Histaminin tarazlaşdirmaq üçün histaminli və ya kortizonlu dərmanlar verilir. Antihistaminik və kortizonlu (kortikoidlər) dərmanların əlavə təsirləri çoxdu Ceferov ATU-HTF 1132b
Tarix: 10.07.2015 / 17:38 Müəllif: Feriska Baxılıb: 104 Bölmə: Tibb