Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hemoliz

Hemoliz (qəd. yun. αἷμα qan + λυσις dağılma) — hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi.

Bu zaman plazma qırmızı rəngə boyanır və şaffaf olur.(laklanmış qan yəni parıldayan qan) .Eritrositlərin dağılması osmotik təzyiqin azalmasından törənə bilər.Belə halda ,əvvəlcə eritrositlər şişir,sonra partlayırlar - osmotik hemoliz.Eritrositlərin osmotik dözümlülüyünün ölçüsü NaCl un konsentrasiyasıdır.İnsanlarda osmotik hemoliz NaCl un 0,4%-li məhlulunda başlayır, 0,34% li məhlulunda isə eritrositlərin hamısı dağılır.Bəzi xəstəliklər nəticəsində eritrositlərin osmotik dözümlülüyü azalır və hemoliz,plazmada NaCl un daha yüksək konsentrasiyasında başlayır.

Eritrositlərin zülal-lipid qılafının dağılmasını törədən maddələrin təsiri ilə hasil olan hemoliz - kimyəvi hemoliz adlanır.Belə maddələrə efir, xloroform,alkohol,benzol,öd turşuları,saponin və digərləri aiddir.
Qanı dondurduqda və donmuş qanı əritdikdə termiki hemoliz baş verir .
Qan qrupları uyğun olmayan qan köçürdükdə,bəzi ilanlar çaldıqda,immun hemolizinlər və s təsirindən törənən hemoliz - bioloji hemoliz adlanır.


Tarix: 10.07.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Tibb
loading...