Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sistola

Sistola (yun. sistoli – yığılma yaxud qısalma) - ürək dövrünün fazası, ürək vurğusu zamanı ürəyin sağ və sol mədəciklərinin əzələsinin yığılması nəticəsində qan sağ mədəcikdən ağciyər arteriyasına, sol mədəcikdən isə aortaya qovulur. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları açılır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar qapanmış olurlar. Nəticə etibarilə yaranan təzyiq sistolik təzyiq adlanır. Sistolik təzyiq ürək əzələsinin qüvvəsindən və onun qovduğu qanın həcmindən, eyni zamanda damar divarlarının müqavimətindən asılıdır. Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.
Ürəyin EKQ müşaiyətilə animasiyası

Sistola fazasının başlanması:

Fonoqrafiyada və auskultasiyada: I tonun eşidilməsi;
Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının açılması;
EKQ: R dişciyinin Normal P wave (ECG).svg əmələ gəlməsi.

Sistola fazasının bitməsi:

Fonoqrafiyada və auskultasiyada: II tonun eşidilməsi;
Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması;
EKQ: T dişciyinin Tnorm (ECG).svg əmələ gəlməsi.


Tarix: 10.07.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Tibb
loading...