Həyatı
Müslümov Qurbanxan Fətəli oğlu 2 mart 1968-ci ildə Lerik rayonunda anadan olub. 1985-ci ildə Lerik rayonu Buruq kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1992-ci ildə Universiteti bitirmişdir. 1993-1995-ci ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçmişdir. 1995-2000-ci illər ərzində M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Mədə-bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir .2001-2010-cu illər ərzində M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Qara ciyər,öd yolları və pancreas cərrahlığı şöbəsində böyük elmi işçi vəzifəsində işləmişdir. 2007-ci ildən Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Elmi Katib vəzifəsində işləyir.
1999-cu ildə Öd yollarının çapıq strikturalarının cərrahi müalicəsi mövzusunda tibb elmləri namizədliyini müdafiə etmişdir. 2006-2009-cu illər ərzində Almaniya, Haydelberq Universiteti, Mannheim Cərrahlıq klinikasında doktorantura keçmişdir. 2006-2009-cu illər ərzində Almaniya, Haydelberq Universiteti, Mannheim Cərrahlıq Klinikasında “Visseral və laporoskopik cərrahlıq” üzrə qonaq həkim kimi işləmişdir. 2010-cu ildə “Mədəaltı vəzinin xərçənginin cərrahi müalicəsi zamanı bəzi gen faktorlarının müalicənin nəticəsinə təsiri” mövzusunda doktorluq dissertasiyasi müdafiə edərək Tibb Elmləri Doktoru adına layiq görülmüşdür.
Ailəsi
Evlidir , 4 övladı var.
Kitabları
"Həkimlik və təbabət haqqında etüdlər". Bakı, "Ozan", 2005, 224 səh., 500 nüsxə. (Azad Mirzəcanzadə və Xanbaba Hüseynov ilə ortaqlı)
Tarix: 10.07.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Tibb