Həyatı
Nikolay İvanoviç Piroqov 13 noyabr 1810-cu ildə Moskva şəhərində hərbi xəzinadar, mayor İvan İvanoviç Piroqovun ailəsində doğulmuşdur. 14 yaşında Piroqov Moskva universitetinin tibb fakültəsinə qəbul olunur. Orada o, rus həkimləri və anatomlarının məktəbini yaratmış E.O.Muxinin (1766-1850) ən yaxşı tələbəsi olur. 18 yaşında Piroqov öz müəlliminin tövsiyyəsi ilə Moskva universitetinin diplomunu alır və təhsilini davam etdirmək üçün Derptə (Tartu) professor institutuna göndərilir. O zaman bu universitet Rusiyada ən yaxşı universitet hesab olunurdu. Burada, cərrahiyyə klinikasında Piroqov beş il işləyir, iyirmi altı yaşında ikən müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edir və Derpt universiteti (indiki Tartu universiteti) professoru seçilir. Bu müddətdə o, anatomiyaya böyük diqqət yetirirdi. Meyidləri dondurmaqla mişarlama üsulundan N.İ.Piroqov istifadə etməklə o, orqanların üçölçülü qarşılıqlı münasibətini öyrənmişdir. Piroqov özü bunu “buz anatomiyası” adlandırırdı.
“İnsanın dondurulmuş meyidinin üç istiqamətində kəsikləri ilə təsvir olunmuş Topoqrafik anatomiya” kitabının ilk (şəkil 2) və ikinci (şəkil 3) nəşri
Beləliklə, yeni tibbi fənn yarandı – topoqrafik anatomiya. Bir neçə ildən sonra Piroqov “İnsanın dondurulmuş meyidinin üç istiqamətində kəsikləri ilə təsvir olunmuş Topoqrafik anatomiya” (rus. "Топографическая анатомия, иллюстрированная разрезами, проведёнными через замороженное тело человека в трёх направлениях" (т. 1-4, 1851 -1854)) ilk anatomik atlasını nəşr etdirmişdir. Bu kitab cərrah-həkimlər üçün əvəzolunmaz dərslik olmuşdur (ş.2, 3). Bu andan etibarən cərrahlar xəstəyə minimum zədə vurmaqla əməliyyat etmək bacarıqlarını əldə etdilər. Bu atlas və Piroqovun metodikası operativ cərrahiyyənin sonrakı inkişafının əsasını təşkil etmişdir. Bu illərdə Piroqov eləcə də özünün klassik zəhməti olan “Arterial lülələrin və fassiyaların cərrahi anatomiyası” əsərini yazmışdır.
Piroqov deyirdi ki, cərrah antomiya ilə məşğul olmalıdır, belə ki, insan bədəninin anatomiyasını bilmədən cərrahiyyə inkişaf edə bilməz, lakin anatomiyanı bilmək cərrahi texnika ilə uyğunlaşmalıdır.
Özü anatomiyanı və cərrahiyyəni bilməklə cərrahiyyə texnikasının virtuozu – mahir ustası idi. Xəstəliklərin kiliniki təzahürlərini bilmək də cərrahiyyə üçün az önəmli deyildir. Özünün “Cərrahi diaqnostikanın çətinlikləri və cərrah xoşbəxtliyi” əsərində N.İ.Piroqov qeyd etmişdir ki: “Qəza bizi həmişəki kimi izləyir, diaqnostikada əvvəlki kimi kifayət qədər səhvlər olur, bu isə biliklərin mükəmməl olmasından və ya təsadüfi səbəbdən, zəifləmiş diqqətdən irəli gəlir – qədərin nəticəsi isə üzdədir”. N.İ.Piroqov özü təkcə virtuoz cərrah deyildi, o həm də yaxşı diaqnost idi.
“İnsanın dondurulmuş meyidinin üç istiqamətində kəsikləri ilə təsvir olunmuş Topoqrafik anatomiya” atlasından nümunələr 2. N.İ.PİROQOVUN QANUNLARI:
1-Ətraflarda olan damar və sinirlər sıx lifli birləşdirici toxumadan əmələ gəlmiş fassial yatağın içərisində yerləşir. 2-Damar-sinir dəstəsinin yerləşdiyi yataq üçüzlü prizmanı xatırladır,yəni en kəsiyində üçbucaq formasındadır. 3-Üçüzlü prizmatik yatağın əsası yaxınlıqda yerləşən əzələ,yaxud yumşaq toxumalara,zirvəsi isə sümüküstlüyünə və ya oynaq kapsuluna birləşir.
3. N.İ.PİROQOVUN HƏRBİ-SƏHRA CƏRRAHİYYƏSİNDƏKİ ROLU, MƏRHƏLƏLİ MÜALİCƏ VƏ TİBBİ ÇEŞİDLƏMƏ
N.İ.Piroqov ilk dəfə olaraq yaralıların müalicəvi təcridini təmin edən tibbi çeşidləməni aparmışdır. Müahibə dövründə yaralıların aldıqları zədənin ağırlıq dərəcəsinə görə çeşidləmənin vacibliyini dərk edən N.İ.Piroqov deyirdi: ”Müharibədə əsas olan tibb deyil, administrasiyadır”. N.İ.Piroqov təsis etdiyi sistemdə yaralıları 5 əsas kateqoriyaya bölürdü: 1-Ölümcül yaralılar; 2-Həyatı təhlükə altında olan və təxirə salınmaz köməyə ehtiyacı olan yaralılar; 3-Vəziyyəti ağır olan təxirəsalınmaz yaralılar; 4-Üzərində cərrahi əməliyyat aparılacaq yaralılar; 5-Zədəsi yüngül olan xəstələr və ya yarası səthdə olan xəstələr. N.İ.Piroqov bu dövrdəki səriştələrini 20 bölmədə birləşdirərək “Mənim səhra cərrahiyəmin əsas başlanğıcı (1879)” adlı əsəri vasitəsilə özündən sonrakılara miras qoymuşdur. N.İ.Piroqovun Hərbi-Səhra Cərrahiyyəsinə 4 böyük əsəri həsr olunmuşdur: 1-“Qafqaza səyahətin tibbi hesabatı”-1849; 2-“Ümumi Hərbi-Səhra Cərrahiyyəsinin başlanğıcı”-1865-1866; 3-“Almaniyada Cəbhə Sanitariya müəssisəsinin yoxlanılması”-1870; 4-“Cəbhə Həkim işi və Bolqarıstanda arxa cəbhə xüsusi kömək komandası”-1879.
4.İNHALYASİON EFİR NARKOZU
N.İ.Piroqov Efir narkozunu hərbi şəraitdə işlədən alim-cərrah olmuşdur.Bu nöqteyi nəzərdən 16 oktyabr 1846 –cı il cərrahiyyə tarixinə qızıl hərflərlə yazılmışdır.Bu tarixdə efir narkozu altında keçən ilk cərrahi əməliyyatda əzələlərin ağrısız boşalması və reflekslərin itməsi müşahidə olundu.Narkoz altındakı xəstə dərin yuxuya getdi və ümumi hissiyatını itirdi. Efirin yuxuladıcı təsiri el arsında da məlum idi və buna görə də “şirin kupors” adlandırılırdı.Bu hələ 1540-cı ildə Paraselsə də məlum idi.XVIII-ci əsrin sonunda efirin nəfəs yolu ilə alınması ağciyər vərəmi və bağırsaq kolikləri zamanı da tətbiq olunurdu.
N.İ.Piroqov efir narkozunu labarotoriya şəraitində itlər üzərində sonra isə özü,köməkçiləri üzərində və Qafqaz cəbhəsində tətbiq edir. N.İ.Piroqov bu eksperimenti tez müddətdə öz klinikasına gətirir.Onun efir narkozu altındakı əməliyyatları 14 fevral 1847-ci ildə 2-ci hərbi quru qoşunlar hospitalında,sonra 16 fevral Obuxov xəstəxanasında,27 fevral San-Peterburqda gerçəkləşmişdir.
Efir narkozu altında gerçəkləşdirdiyi 50 əməliyyatdan sonra N.İ.Piroqov qərara alır ki,hərbi-səhra cərrahiyyəsində yaralılara cərrahi yardımı döyüş meydanında etsin.Bu vaxt Qafqaz hərbi münaqişələrin daimi səhnəsinə çevrilmişdi. N.İ.Piroqov 1847-ci il 8 iyulda efiri ağrıkəsici dərman kimi işlətmək məqsədilə Qafqaza gedir. Pyatiqorski və Temir-Xan-Şur yolunda N.İ.Piroqov həkimləri esterizasiya ilə tanış edir.
Oqldakı yaralılar düşərgəsində efir buxarı ilə əməliyyatlarından sonra narkozu rektal olaraq istifadə etməyi təklif etmişdir.Bunu üçün N.İ.Piroqov hətta cihaz da düzəltmişdir.
N.İ.Piroqovun klassik əməkləri və onun Avropa həkimləri ilə birgə apardığı tədqiqatlar
5.YARALILARA QADIN QULLUĞU
N.İ.Piroqov ilk dəfə olaraq yaralılara qadın qulluğunu cəbhə rayonlarında tətbiq etdi. N.İ.Piroqov ilk dəfə olaraq “Xəstə və yaralılara tibb bacısı qayğısı üçün Müqqədəs Xaç İcması”-nı təsis etdi. 6. BALDIRIN SÜMÜK-PLASTİK AMPUTASİYASI
Bu cərrahi əməliyyat 1852-ci ildə N.İ.Piroqov tərəfindən təklif olunmuşdur. Onun icrasından sonra ətraf azacıq qısalsa da, protezə ehtiyac qalmır, çünki daban qabarının hesabına təbii dayaq yaradılır.
N.İ.Piroqovun bu əməliyyat zamanı damarlar işlənilərkən daban damarlarının da bağlanıla bilməsi nəticəsində daban qabarının onu əhatə edən yumşaq toxumalarla birlikdə nekroza uğraması,texniki həll nöqteyi-nəzərindən üsulun yeganə çatışmayan cəhətidir.
7. TRAVMATİK ŞOK
N.İ.Piroqovun Krım müharibəsindəki iştirakı onun əsərlərinə təsirsiz ötüşmədi. Bu dövrdə N.İ.Piroqov şokun klassik tərifini vermişdir. O travmatik şokun klinik təsvirini belə vermişdir:”... Əli və yaxud ayağı qoparılmış xəstə sarğı punktunda hərəkətsiz uzanmışdır və onda heç bir emosional reaksiya müşahidə olunmur. Onun bədəni soyuqdur,üzü solğun və meyit kimi baxışı hərəkətsizdir. Nəfəsi çətinliklə hiss olunur. Dəri hissiyyatı yoxdur. Xəstənin bu vəziyyəti dərman qəbulundan sonra keçsə də, bəzən ömrünün sonuna qədər davam edir.
8. ANATOMİK HEYKƏLTƏRAŞLIQ
N.İ.Piroqovun insan bədənin öyrənilməsində buzlu anatomiyadan sonrakı dahiyanə metodu isə Anatomik Heykəltəraşlıq metodudur. N.İ.Piroqov özü bu metoddan meyitlərin doğranılması zamanı istifadə etmişdir. Metodun mahiyyəti isə dondurulmuş meyit təşrih edilərkən insan əzalarının bir qrupunun və ya hər hansı bir üzvünün iskənə vasitəsilə yonularaq əldə olunmasına əsaslanır. Bu metod az hallarda,əsasən tədris məqsədilə istifadə edilir.
9. BUZLU ANATOMİYA
N.İ.Piroqov tərəfindən işlənib hazırlanmış buzlu anatomiyada meyitlər kəsilməzdən əvvəl dondurulurlar. Sonra qatbaqat kəsilib və ya mişarlanıb üzvlərin yerləşməsini, onların birinin digərinə olan münasibətini, ölçü və məsafəsini müəyyənləşdirmək mümkündür. Çünki meyit dondurularkən üzvlərin yerləşməsi nisbətən məhdudlaşdırılır və onların arasında olan məsafə nisbi də olsa dəqiqləşdirilir.
Donmuş meyitlər üzərində disseksiya metodu ilə 3 fərqli müstəvi üzrə kəsiklər apararaq ərsəyə gətirdiyi ölümsüz əsərində («Anatomia topographica sectionibus, per corpus humanum congelatum triplice directione ductis, illustrate») N.İ.Piroqov 216 tablo, 995 şəkil və 800 səhifəlik mətnə yer vermişdir.Bu əsərdə yalnız burun boşluğunu göstərən rəsimlərin sayı 72-ə bərabərdir. 10. PƏNCƏRƏLİ TƏŞRİH
Təşrih olunacaq nahiyənin hüdudları daxilində-proksimal və distal tərəflərdə iki üfuqi kəsik aparılır. Daha sonra isə bu üfüqi kəsiklər arasında onları birləşdirən şaquli kəsik aparılaraq nahiyə pəncərə formasında açılır.
İstifadə olunmuş ədəbiyyat
L.A.Məmmədov “Ümumi Operativ Cərrahlıq, Ətraflarda Cərrahi Əməliyyatlar”,”Müəllim” nəşriyyat, Bakı-2003
Островерхов Г.Е., Лубоцкий Д.Н., Бомаш Ю.М. «Оперативная хирургия и топографическая анатомия», Медицина, Москва, 1972г.
Прохоров А. М. Советский энциклопедический словарь 3-е изд. – М.: Сов. Энциклопедия, 1984 – 1600с., ил.
Шапошников Ю. Г., Маслов В. И. Военно-полевая хирургия – М.: Медицина, 1986 – 405с., ил.
Беркутова Л. Н. Учебник военно-полевой хирургии, 2-е изд. – Ленинград, 1973 - 567 с., ил.
Гостищев В. К. Общая хирургия 3-е изд. – М.: издательская группа ГЭОТАР – Мвдиа, 2005 – 607 с., ил.
Лубоцкий Д. Н. Основы топографической анатомии - М.: Медгиз, 1953 - 647с., ил.
Прохоров А. М. Советский энциклопедический словарь 3-е изд. – М.: Сов. Энциклопедия, 1984 – 1600с., ил.
Шапошников Ю. Г., Маслов В. И. Военно-полевая хирургия – М.: Медицина, 1986 – 405с., ил.
Tarix: 10.07.2015 / 16:57 Müəllif: Feriska Baxılıb: 408 Bölmə: Tibb