Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

17 Mart 2015

Əhəmiyyətli hadisələr
1521 — Fernan Magellan Filippin adalarını kəşf edib.

Dünyada olan hadisələr
1778 — Fransa ABŞın müstəqilliyini tanıyıb.
1861 — İtaliya krallığı təşkil edilib.
1883 — Karl Marks Londonda dəfn edilib.
1920 — ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib.
1920 — Vladimir İliç Lenin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərib.
1937 — SSRİ-də kəndlilərin yaşadıqları ərazini tərk etməsini məhdudlaşdıran qanun qəbul edilib.
1950 — ABŞ-da 98-ci kimyəvi element – kalifornium sintez edilib.
1991 — “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib.
1992 — Hizbullahın Buenos-Ayresdəki İsrail səfirliyinə bombalı hücumu nəticəsində 28 nəfər ölüb, 240 nəfər yaralanıb.

Azərbaycanda olan hadisələr
1917 — Rusiya Müvəqqəti hökuməti Bakıda yerli hakimiyyət orqanı olan “İctimai Təşkilatların İcraiyyə Komitəsi”ni təsis edib.
1922 — Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun “Keçmişdə qaçaqlar” faciəsinin ilk tamaşası olub.
1992 — Azərbaycan Respublikası Almaniya ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Prezident fərmanı ilə ləğv edilən Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) dövlət çevrilişi cəhdi iflasa uğrayıb.
1997 — Qafqaz İslam Universiteti Bakı İslam Universitetinə çevrilib.
2004 — Keçmiş baş nazir Surət Hüseynov amnistiyaya düşərək həbsdən azad edilib.
§Doğumlar
763 — Harun ər-Rəşid, Abbasi xəlifəsi.
1834 — Qotlieb Daymler, Alman avtomobil konstruktoru.
1881 — Hüseyn Ərəblinski (Xələfov), aktyor.
§Ölümlər
1406 — İbn Xəldun, görkəmli islam alimi.
1853 — Kristian Dopler, Avstriyalı fizik.
1995 — Rövşən Cavadov, Azərbaycan Daxili İşlər Nazirinin müavini, OMON-un komandiri.
İstinadlar
Bakı İslam Universiteti


Tarix: 17.03.2015 / 10:41 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Tarixdə bu gün
loading...