Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

17 Fevral 2015

Dünyada olan hadisələr
1854 — Böyük Britaniya Afrikadakı müstəmləkəsi olan Narıncı Respublikanın (indiki Cənubi Afrika Respublikası) müstəqilliyini tanımışdır. Bu, Afrika qitəsində müstəqillik əldə etmiş ilk dövlət idi.
1863 — Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilmişdir.
1880 — Rusiya çarı II Aleksandra sayca beşinci sui-qəsd cəhdi olmuş, "xalqçı" Stepan Xalturinin təşkil etdiyi terror nəticəsində Qış sarayında böyük partlayış baş versə də, çara zərər dəyməmişdir.
1947 — "Amerikanın səsi" radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlamışdır.
1957 — Türk ordusunun komandası futbol yarışında amerikan rəqibini 19:0 hesabı ilə məğlub edib
1972 — Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri olub
1979 — Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq onun bir hissəsini işğal etmişdir.
1982 — Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olmuşdur.
1983 — “ADA” proqramlaşdırma dili meydana çıxmışdır.
2008 — Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib.
2002 — Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub

Azərbaycanda olan hadisələr
1993 — Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb.
1994 — Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb
2009 — Amerikalı ermənişünas alim Ronald Suninin “Erməni xalqı: qədim dövrdən bu günə kimi” kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub.

Doğumlar
1798 — Oqüst Kont, fransız alim.
1961 — Andrey Korotayev, rus iqtisadçı, tarixçi və şərqşünas.
1965 — Maykl Bey, amerikalı kino rejissor və prodüser.
1981 — Paris Hilton, amerikalı fotomodel və aktrisa.

Ölümlər
1600 — Cordano Bruno, italyan mütəfəkkir.
1673 — Molyer, fransız dramaturq.
1715 — Antuan Qallan, fransız şərqşünas, antikvar, tərcüməçi.
2008 — Aysel Gürel, türk musiqiçi və teatr aktyoru.
2009 — Qəzənfər Özcan, türk teatr aktyoru.


Tarix: 21.02.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 276 Bölmə: Tarixdə bu gün
loading...