Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tam Qovuşmuşkən

İki gənc bir dostluq ortamında tanış olurlar
Və dostluqlarını davam etdirirlər
Sonra müəyyən müddət keçdikdən sonra ikisi də bir birilərinə olan hissləri dostluqdan artıq olduğunu başa düşürlər və etiraf edirlər.. Qız məktəbini bitirir ancaq oğlanın təhsilini bitirməsinə hələ 2 il var.Bu arada qizin qohumlari,ailəsi qizi dörd əlnən ərə verməyə çalişirlar. Oğlan isə çarəsiz.
Qiz oğlanin oxuduğu şəhərdə qalabilmək üçün hər şeyi eliyir. Bu arada isə ailəsi qızı ərə vermək fikrindən daşınmırlar
Qiz sevgilisi olduğunu ailəsinə deyə bilmir. Həm də oğlan hələ oxuyur və qızdan 1 yaş balacadır. Ailəsinin necə qarşılayacağından çəkinir. Qız oğlanın olduğu şəhərdə bir iş yeri ilə danışır işləmək üçün. Ancaq orda birinci ili qıza pul verməyəcəklərini deyirlər.Bundan sonra işlər daha da çətinləşir.Onların bir yerdə yaşaya bilmələri üçün pul lazımdır amma yoxdu...Qızın ailəsi sən o şəhərdə işləsən sənə pul göndərməyəcəyik deyir.Oğlan əlindən gələni edir, gündüz oxuyur gecə işləyir. Amma nə fayda yarım gün işləməklə o nə qədər pul qazana bilər ki?
Daha sonra qızı məmləkətinə çağırırlar.Qız məcburən gedir və ..bir daha geri dönmür..Oğlan pərişan bir halda ...məktəbini atır ..
Qız məmləkətinə gedəndə cəsarətini topluyub hər şeyi deyir, ancaq ailəsi onların arasındakı bütün əlaqələri qırırlar. Görüşmək bir qırağa heç səslərini belə eşitmirlər
Oğlan məktəbini atdıqdan sonra bir müddət pərişan gəzir.Bu arada da qız evlənir...Oğlan bir işə girir. Və qısa müddət sonra göstərdiyi müvəffəqiyyət müqabilində get gedə vəzifəsi artır.Və qızın yaşadığı şəhərdə işləməyə başlayır.Qız evləndikdən 2 ay sonra boşanır. Ancaq ailəsi qızı evdə dustaq edir.Oğlan qızı axtarır və münasibət qurur. Onlar hələ də bir birilərini sevirdilər...Və bir gecə qız hər şeyi gözə alıb evdən qaçır.2 gənc bu qədər acılı günlərdən sonra nəhayət qovuşub xoşbəxt anlar keçirmək arzusundadırlar. Oğlanın məmləkətinə yola çıxırlar.Yolda içkili sürücü idarə etdiyi avtomobillə toqquşurlar... İkisi də yerində cə can veririlər.
Tam qovuşduk demişkən...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi varmı?
loading...