Sənsiz keçən illərim vardı, heç bir şey ağrıda bilməmişdi məni bu cür. Yenə tək yenə ümidsiz və yenə çarəsizdim mən. Əskik idin amma kim idin ki sən. Əhəmiyyətsiz hesab edirdim hətta. Kim olduğunu bilmədiyim halda qaçırdım səndən. Yasamadan anlamaq belə çətinmiş məgər.. və sən qarşıma çıxdın yenidən. İlk günlərdə xoşbəxt idim mən də. Xoşbəxtəm deyirdim hər qarşıma çıxana o qədər vaxtdan sonra mən də xoşbəxtəm. Hər kəsə, hər şeyə, bütün yaşanmışlara baxmayaraq xoşbəxt idim. Yavaş yavaş anladım sənin üçün heç bir şey ifadə etmədiyimi..
Və başlamalı idi artıq mübarizəm. Nə qədər çətin olsa da səndən imtina etməliydim. Gecələr səhərədək günlərlə ağladım amma bacara bilmədim səndən bir addım belə uzaqlaşa bilmədim. Və həmişə bir gün sənin başqasına aşiq olacağından qorxaraq yaşadım. Həmişə bu sondan qaçdım. Və gördüm ən sonda. Sən başqasına aşiq idin. Mən sənə sən ona.. həyat deyilmi? Hər insana başqa üzünü göstərir. Bu andan sonra bitməli idin mənim üçün uzaqlaşmalıydım səndən çıxmalı idin həyatımdan. Gözlərinə baxdıqca daha çox ağrıyırdı içim. Səndən nifrət edirəm deyə qışqırmaq istəyirdim gözlərinə baxaraq.. sonra da saatlarla çiyinində hıçqıra hıçqıra ağlamaq. Davamlı düşündüm məni sənə çəkən nədir deyə. Heç bir şey tapa bilmədim bəlkə də buna görə bu qədər çox sevirdim səni. Və gözyaşlarımla bəzədiyim bu yazım sənin üçün idi.
Artıq bacardım sən bitdin mənim üçün. BİTDİN!!
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi varmı?