Salam əziz ata !
Necəsən?Səndə yenə nə var?Məndə hər şey olduğu kimidir.Heyif buralar çox soyuqdur.Qış gəlib.Tezliklə qar yağacaq və soyuqdan büzüşəcəyik.15 il bundan əvvəl biz tamamilə ayrıldıqdan bəri mən sənə çəx yazırdım. Burda necə yaşadığımı sənə yazırdım.Ama görünür ya sən mənim məktublarımı almırdın yada onları oxumurdun.Bəlkədə bu yaxşıyadır.Axı oxumuş olsaydın sən mənə görə narahat olardın və vicdan əzabı çəkərdin.Amma mən sənin oğlunam və başa düşürəm ki bu sənə necə xoşagəlməz və ağır haldır.Elə buna görə də mən çox vaxt susuram və özümü elə göstərirəm ki, sanki məndə hər şey yaxşıdır ,dözürəm..
Əslində məndə hər şey qaydasındadır,artıq qaydasındadır. Sən məni təhvil verəndən bəri mən onların dilində danışmağı öyrənmişəm.Mən indi ancaq bu dildə danışıram.Əvvəllər mənə çətin idi,baxmayaraqki hamı deyirdiki bu mənim öz dilimdi və beynimə genetik olaraq daxildir.Sadəcə sən onu varvarcasına məhv edirdin.Ata,mənki bilirəm bunun doğru olmadığını.Sən həmişə mənim fərqli dillərdə danışmağımı istəmisən ,elə o biri uşaqlarınında ,bunun pis alınmasına rəğmən fərqli dillərdə danışmağa məcbur edirdin.Qonaqlar; incitməkdən qorxurdun.Düzünü desəm mən həmişə başa düşmürdüm niyə onlar qorxmurdular,sən qorxurdun ,axı onlara sənin qonağın olduqları üçün onlarda sənin dilini öyrənməliydilər.Nədənsə bizdə həmişə tam əksi olub.Ona görədə mən qıraqdan nümunə götürürdüm.Həmişə çalışırdım hamıyla anlayacağı dildə danışım ki, özümdən razı olduğumu düşünməsinlər.Baxmayaraq ki sən mənə heç vaxt ən sevimli ən istedadlı,ən yaraşıqlı olduğumu deməsəndə mən ailədə xüsusi olduğumu bilirdim.İndi mən tez tez fikirləşirəmki bunlar mənim nəyimə lazımdır ?Bunlarla mən neyləyim ,kimə göstərim?Başa düşürəmki hazırki halda gözəllik mənlə pis zarafat elədi,bütün aləmi qatdı bir birinə ama sonda da heç kimin olmadı.Bu illərdə mən çox arıqlamışam və az yaraşıqlıyam.Yəqinki mənə hərbi soyuqluq yaraşır.Mən daha cəsur və az cazibədar görünürəm.Mənim nəyimə lazımdır bu? Əgər mən bu cəsarətlə kimisə qorxudacağamsa.Ata,mən birgə olduğumuz vaxtlar üçün darıxıram....Biz ayrılandan bəri mən hər gecə fərqli yuxular görürəm.Yuxularda biz bir yerdəyik,doğma dilimizdə danışırıq.Mən məmnunam ,geyimli keçimliyəm ,heç bir yaram yada döymə izim yoxdur.Birdəki ata mən oxuyuram və mənim səsim exoyla səslənir,ruhları həyəcanlandırır.Bilirsən ata mən sənə demək istəmirdim ama indi mənim başqa adım var.Bağışla məni ama onlar mənim bu adımı dəyişib öz adlarından qoydular.Mən indi �A.... Yox yadaki mən indi bunu yazmayım.Sənin yəqin xoşuna gəlməz.Mənsə səni vacib işlərindən ayırıb əhvalını pozmaq istəmirəm.Bəlkədə bu məktub yazmaq səhv idi.Nahaq yerə mən bunu yazıb səni çoxsaylı problemlərindən ayırdım.Amma inan ürəyim elə sıxılır ki! Ətrafda birdənədə olsun doğma ruh yoxdur.Həryerdə onlardır...Hər an çalışırlar məni dəyişsinlər özlərinə oxşatmaq istəyirlər,məndə izlər,şramlar qoyurlarki sonra göstərib desinlərki ��Görürsüz onda qədimi anadan gəlmə ləkə var �Ata mənim müqavimət göstərəcək gücüm qalmayıb artıq.Mən susuram və bütün təhqirlərə dözürəm.Mən sadəcə onlara öyrəşirəm və acizləşirəm.Yəqinki biz sənlə nəvaxtsa görüşsək sən məni tanımazsan.Zaman və ədalətsizliklər mənim yaddaşıma dərin izlər həkk edib.Və bunu ata mən sənə heç vaxt bağışlamayacam.....
P.S.Bağışla axmaq suala görə,bəs sən məni geri qaytarmaq istəmirsən?
Sənin oğlun:QARABAĞ
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Sevgi varmı?