Saralan yarpaqlar kimiyəm, biçarəyəm
Əzilirəm kölgəndə...
Parçalara bölünürəm,
İtirdim sevdamı
Yolumu tapa bilmirəm
Artıq ,tanıya bilməz oldum yoldaşı ,dostu
Otağım isə qapqaranlıq.
Kim bilər bəlkə də ən yaxınım oldu təklik...
Sorğuya çəkdim zamanı. ..öfkəliydim ona
İstəsəm geri gətirər idimi yarımı mənə...
Edə bilmirəm Allahım edə bilmirəm, nə olar götür məni də yanına!!!
Utandı zaman, çox utandı. ..Danışmadı...
Üzümə baxmaq istəmədi, dözə bilmədi o da ağladı...
Niyə götürdü ki sevdiyimi məzar daşları!!!
Torpaq!!! Quru torpaq!!!..
Çoxmu qısqandın sevgimizi
Aldın onu məndən, için rahatmı indi
Niyə basdırdın ki onu diri diri...
İndi harada söyləyərsənmi o gözəl gözləri?
Bilirəm. ..bilirəm buz kimidir o isti əlləri...
Of of niyə aldinki ki məndən yarımı...
Halbuki nə xəyallar qurmuşduq
Kiçik, şirin bir evimiz olacaqdı...
Bir də içində qacişan uşaqlarımız...
Təəssüf!!! nə tez yıxıldı yuvamız...
Dağıldıq. ..parçalandık...
Sənsizliyi düşünə bilməmişdim belə bir an...
Bəlkə də bilmək istəmədim yoxluğunu
Niyə oğurladı ki qapını əzrail!!!
Çoxmu gördü xoşbəxtliyi bizə...
Yaxşı indi mən, mən belə sənsiz nə edərəm söylə!!!
Sənə gələcəyim günü gözlə birdənem
Qollarını aç mənim üçün
Onsuz da sənsiz neçə gün yaşaya bilərəm ki...
Olmaz olmaz. edə bilmərəm....
Mən həyatı sənin üçün yaşadım
Sənin üçün ona dözdüm...
Amma sənsizliyin ağrısını ürəyimdən təyin etmədim...
Eşqim...
Sənə möhtacam...
İndi bağla gözlərini,
Xatırla məhşər gününü, sevdiyim
Əllərin əllərimdə olacaq yenə
Və yenə nəfəsin nəfəsim...
Unutma sevgilim...Hec vaxt unutma...
Sən mənim hər şeyimsən...
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi varmı?