Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxwiliq Soylememekdir

Yaxsiliq Soylememekdir.................​...

Vaxtilə oldugu kiçik yerdə dolanışıq çətinliyi çəkən dürüst və təmiz yaradılışlı gənc bir adam, bir gün məmləkətinə çox uzaqda olan bir şəhər mərkəzinə gedərək iş tapıb işə, özünə yeni bir həyat qurmaq qerarina geldi. Bu niyyətlə vaxt itirmədən hazırlanıb yola qoyuldu Gənc adam bu səfəri əsnasında şərh və şərhi özü üçün qeyri-mümkün olan bir sıra hadisələrlə qarşılaşdı Bunlardan biri bu idi: Bəzi kəslər bir tarlaya buğda əkirlər, ekilen buğdalar dərhal yetişib yetkinləşir, onlar da heç vaxt itirmədən sonra bu bugdaları atəşə verib yandırırdılar İkinci olaraq buna şahid olmuşdu: Bir adam böyük bir daşı qaldırmağa çalışır, qaldıra bilmir; amma bu daşa bir dənə daha əlavə edincə qaldıra bilir, bir üçüncünü əlavə edincə daha da rahat qaldıra bilirdi Şahid olduğu bir başqa hadisə də bu idi: Bir adam bir qoyuna minmiş, onun üzərinə bir neçə adam daha minmiş qaçdırırlar, arxalarından bəziləri də onlara çatmaq üçün çalışır amma çata bilmirdilər Adam bunlarla başı Qarışmış nehayet uzun səfərin necə keçdiyini anlamadan şəhərin qapısına gəldi Burada nurani bir qoca onu dayandırıb haradan gəldiyini, nə üçün gəldiyini səfərin necə keçdiyini soruşdu Adam hər şeyi izah etdi və yolda qarşılaşdığı alışılmamış hadisələri də macərasına əlavə etməyi unutmadı Bunun üzərinə qoca bu gənc adama rast gəldiyi hadisələri bir-bir açıqladı: "Sənin yolda ilk rast gəldiyin buğda ekib dərhal atəşə verib yaxan insanlar, yaxşılıq edib də onu sağda solda danışaraq dəyərini sıfıra endirən insanları işarələr Daş qaldırmağa çalışan kimsə də bunu izah edər: İnsana ilk işlədiyi günah ağır gəlir, onun altında əzilər Amma ona tövbə etmədən başqa günahlar işləməyə davam etsə artıq o günahlar ona yüngül gəlməyə başlar Qoyun və ona minənlərə gəlincə, qoyun cənnət heyvanıdır Kürəyindəkiləri cənnətə daşımaqdadır Qoyuna ilk dəfə minən alimlərdir Ondan sonra minənlər hər sinifdən möminlərdir Bunlara çatmaq üçün qaçanlar isə inancsızlardır................​.

Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.................​..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi varmı?
loading...