Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MEN ITIRDIM...SEN QAZANDIN....

Kaşki görsəm səni.Bitirə bilsəydim içimdəki həsrətini bu qədər çətin olmazdı hər şey.Necə olsa mən artıq öyrəşmişəm səni görməməyə.Məncə belə bacara bilərəm səni unutmağı...

Əgər hiss etsən ki,həyatından çıxmışam,mənə sənə geri dönməməyim üçün şans dilə...

Nələr yazmaq istəyirəm sənə bir bilsən.

Tək bacardığım yazmaq olduğu üçün yenə də yazıram.

Sənə bundan öncə də yazmışdım,bu dəfə də yazıram.Amma bu dəfə sonuncu yazımdı sənə.Bu yazdıqlarımla səni bitirirəm.Beynimdə,içimdə sənə son verirəm.Nə qədər davam edəcək bilmirəm amma səndən,sevgindən əl çəkmək istəyirəm.
Mən səni özümdən və səndən xəbərsiz sevdim.Sən mənim üçün bir dənə idin.Sən tayı bərabəri olmayan biri idin.Mükəmməl idin gözümdə.Halbuki,mükəmməl biri yoxdur.
Nə qədər gərçək,nə qədər yalansan...Və mən hər səfərində ən başdan başladım...Yenidən bir sondayam amma bu dəfə yenidən başlamağa gücüm yoxdu....
Artıq sənin də hamı kimi biri olmağını ya da heç kim olmağını istəyirəm.

Səsini eşidə bilmək üçün telefona sarılmaqdan əl çəkmək istəyirəm...

Adını eşitdiyimdə içim titrəyib,gözlərimin dolmasını istəmirəm artıq.Sənin mənim üçün adi bir insan olmağın bilirsən necə çətindir.Onsuzda mənim həyatımda asan olan nə var ki!?Səni içimdə öldürməyimlə sevməyim arasında bir fərq yoxdu.Çünki mən həmişə səninlə cəzalıyam.
Heç sonu olmayan bir yolda səninlə gəzmək…

Yeni çıxan bir filmi birlikdə izləmək…

Saatlarca sənə sarılmaq...

Sadəcə bir dəfə olsun sənə sarılıb yatmaq...

Bir sabah gözlərimi açdığımda səni yanımda görmək...


Sən sevgimlə utanmağımı yaşatdığın üçün gərçəkdən sən “bir dənəydin”
Bax buna görə imkansızlığına həmişə inandım!

Mən tək qalıb səni düşünərkən,sən mənim hər şeyim olduğunda mən sənin üçün heç yox idim...Bu üzdən yalnızlıqlarım,ağlamalarım,həsrətlərim canını heç yandırmadı!Mənim tərəfimdəm sevilmək bəlkədə həyatında önəm verəcəyin ən son şey idi....

Kaşki öz dünyamda bir zamanlar səni sevdiyimdən heç danışmasaydım.Sən məni heç sevmədin!


Və mən indi sənin həyatından gedirəm!
“Nə zaman yağış yağsa yolda səni gözləyəcəm.Nə zaman bir parfümeriya axtarsam sənin ətrini axtaracam.Nə zaman bir hovuz görsəm kənarında oturb səni gözləyəcəm demişdim”...Amma bacarmadım.

Mən itirdim...

Sən qazandın!

Gəlmədin! Gəlsən bəlkə də başqa olardı ...Amma artıq mən də gedirəm...

Əgər həyatından çıxdığımı hiss edərsən,mənə sənə geri dönməm üçün şans dilə...Və çox xahiş edirəm yağış yağdığında yolda dayanma..İslanma.Çünki mən çox islandım və necə acı olduğunu bilirəm...ƏLVİDA!

Bəzən itirdiklərimizin acısı o qədər ağır olur ki.Bacara bilməyəndə çox yanıram.Əslində nə çox itirdiyim var imiş.Dünəndə itirdim ondan qabaq da, hələ qarşıda itirəcəklərim məncə daha çoxdur...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Sevgi varmı?
loading...