Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baharda Gələcəm Demişdin...

Soyuq bir payız axşamı idi. Hava qaralmış, yağış başlamışdı. Xəyallarımıza yağış yağırdı Gözlərin donuq bədənin halsız idi.Sən gedirdin.Sanki qalmaq istəyirdin. "baharda dönərəm" demişdini xatırlayırsanmı ?"Məni unutma gözlə.--" Mən səni unutmadım sevgilim, mən səni unutmadım. Bütün qış baharda dönəcəyin günün xəyalı ilə qızındım. Kiçik öpüşlərlə oyandırıb günəşin doğuşunu göstərəcəkdim sənə. Çiçəklərin, dənizin, günəşin dadına birlikdə baxacaq, gün batımlarında dənizlə birləşən üfüq xəttini birlikdə seyr edəcək, ay işığında xoşbəxtlik mahnımızı söyləyəcəkdik.









Sənə bənzəyən hər şeyi sevdim mən. Sevdiyim hər şeydə səndən izlər vardı. Axtardığımı tapdım sandım amma yanıldım , tapdığım sən deyildin. Olmadıq zamanlarda ağılıma düşdün, vaxtsız yaralandım.
Hər səhər səni tapmaq üçün yollara düşmək gəldi içimdən amma gedə bilmədim. Təkliyin ağrısıyla tənha qaldım hər gecə.Unutdum pis sözlərini Unutdum qapında gözlədildiyimi. Unutdum telefonlarıma cavab vermədiyini unutdum. Bir tək səni unutmadım sevgilim, bir tək səni unuda bilmədim.Həmişə dönməyini gözlədim.
Öyrəşdim sevdiklərimin yoxluğuna. Amma təkliyə öyrəşə bilmədim, həsrətə öyrəşə bilmədim, sənsizliyə öyrəşə bilmədim.









Həmişə dönməyini gözlədim. Ola bilmədi gülüm bir araya gələ bilmədik. Halbuki daha yolun başındaydıq, tumurcuqduq daha çatlamağa hazır. Bahar gəlmədən ayrıldıq. İndi artan təkliyim , böyüyən yoxluğun var içimdə. Divarlarda gözlərinin izi , qapı qollarında barmaq izlərin gizli.
Sən haradasan sevgilim, varlığın harada?.Bir fəsil keçdi, sən dönmədin.Yenidən yaz gəldi sən gəlmədin.Xəyallarım belə dağınıq deyildi əvvəllər. Həsrət bu qədər böyüməmişdi. İndi köçəri olmuş ürəyimlə hər səhər səni tapmaq ümidi ilə yeni səfərlərə çıxıram.Bir yaz səhəri inanıramki tapacam səni


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Sevgi varmı?
loading...