Hər sevmək istədiyimdə sevə bilsəydim, həyatım nə qədər başqa olardı deyə ... Bunu sevmək istəyirəm, sevdim ... Buna aşiq olmaq istəyirəm, oldum ... Asan deyilmir "SƏNİ SEVİRƏM", olmur deyilmir ürəkdən bir qışqırıq kimi yüksəlmədikcə.
Sevgi asan deyil ... Səhərlər onu özləyərək oyanmaq, yanındaykən belə darıxmaq, o güldüyündə sənin içinin gülməsi, o kədərləndiyində sənin üçün parçalanması, o ağladıqda sənin qəhrolman asan deyil ... İdarə ediləməzliktir sevgi ...
Sevgi asan deyil ... Yemək yeməsinə sevinmək, siqaret çəkməsinə kədərlənmək, üşüməsinə dayanamamaq, tərləməsindən qorxmaq, həm bir sevən ürək kimi, həm bir ailə şəfqətilə qucaqlayıb sarılmaq istəmək asan deyil ... Onu içdən düşünmək, sən O olmaqdır sevgi ...
Sevgi asan deyil ... Göz gözə gələndə, ürəyinə bir köz düşməsinə mane ola bilməmək, rəqs edərkən o dəqiqələri heç bitməməsi üçün dua etmək, Onun bədəninə hər sıravi təmasında belə, Onu nə qədər çox sevdiyini düşünmək və hiss etmək, ovuc içlərinin tər qoxusu üçün belə darıxmaq yoxluğunda asan deyil ... istilikdir sevgi ...
Sevgi asan deyil ... Gecə yatağına girəndə Onu düşünmək, dualarına Onu da daxil etmək, özündən çox, Onun üçün yalvarmaq, dua etmək asan deyil ... Dualarında Ona da iştirak verməkdir sevgi ...
Sevgi asan deyil ... Onunla yalnız baxışmaq, rəqs etməyi, gəzməyi, əlini tutmağı, qoxusunu hiss etməyi darıxmaq deyil, illər sonrasınıda düşünərək, onla keçəcək olan illərə şirin bir təbəssümlə baxmaq, onunla birlikdə yaşlanmağı istəmək asan deyil ... Həyatını ona verə bilməyi istəməkdir sevgi ...
Bütün bunlar, asan deyil. Bir anda düşünə bilməz, istəsə insan.
Mən bunları düşünür, hiss edir və istəyirəmsə və mən buyamsa, "Bu qədər asan deyil" deyərək, sevgimə küfr etmə ... Təbii ki asan deyil. Asan şeylər yaraşmaz sevə bilən insanlara onsuz da. Gecəyə məhkum olanın gündüzü görə bilmədiyi kimi, mən sevgimə məhkum olmuşam. Sevgim mənim məbədimdir. Toxunmayın məbədimə ...
Bəs sizin üçün necə ?Sevgi asandır?
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Sevgi varmı?