9-cu sinif.Yanımda dünyalar
gözəli bir qız əyləşib .Üzünə
baxmağa belə qıymıram.Mən
onu dünyalar qədər sevirəm o
məni dost bilir .Nədənsə öz-
özümdən çox utanıram.10-cu
sinif.Mənə zəng elədi, oğlan
dostu ilə dalaşdığını və mənə
ehtiyacı olduğunu söylədi .Bizə
gəldi, mənə sarılıb yana-yana
ağladı .Yorğun idi, başını dizimə
qoyub yatır, mən onun saçını
sığallayıram, nədən mən səni
bu qədər sevərkən sən məni
yalnız dost bilirsən .Nədənsə
öz-özümdən çox utanıram.
11sinif. Hələ, 8 ci sinifdən
sözləşmişdik, əgər yoldaşımız
olmasa son zəngə bir
gedəcəyik .Zəng elədi, oğlan
dostunun gələ bilməyəcəyini və
mənimlə getmək istədiyini
bildirdi.Razı oldum, onu
evlərindən aldım.İlahi, necə
gözəl idi, dümağ geyinmişdi,
mələklərə oxşayırdı .Sabaha
qədər rəqs elədik. O
qollarımdaykən düşünürdüm,
niyə mən sənə səni sevdiyimi
deyə bilmirəm, niyə sən məni
yalnız dost bilirsən .Evlərinə
gələndə, məni bərk-bərk
qucaqlayıb yanağımdan öpdü,
sən mənim ən yaxın dostumsan
dedi.
Aradan illər kecdi.
İndi mən, mələyimi qara
torpağa tapşırıram .Göz
yaşlarım yanağımdan
axır .Şəxsi əşyalarından mənə
bir dəftər verdilər .Açıb baxdım,
gündəlik idi .Bir səhvəsində belə
yazırdı .Yanımda dünya
yaraşıqlısı bir oğlan oturub,
üzünə belə baxa bilmirəm .Mən
onu canımdan çox sevirəm, o
məni yalnız dost bilir.Oğlan
dostum olduğunu deyib, onunla
bağlı yalanlar söylüyürəm .Nə
olar, mənə bircə dəfə səni
sevirəm deyəydi, dünya mənim
olardı.
Hiçqıraraq ağladım .Darıxma
sevgilim, indi gəlirəm, SƏNƏ
SƏNİ SEViRƏM deməyə.
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Sevgi varmı?