Cümə axşamı idi. Ella indicə Stiv-i görmüşdü və o çox xoşbəxt idi. Stivdən başqa, hamı bilirdi ki, Ella üç ildi onu sevir, ancaq heç vaxt ona deyə bilmirdi. İstər-istəməz, nə vaxt Stivi görürdüsə, o gülümsəyirdi. Stiv həmişə onun üzünü təbəssümdən əskik etmirdi. Hər gecə onun haqqında fikirləşərdi, və onların birlikdə olmasını arzulayardı. Ancaq bu gün, o daha çox xoşbəxt idi, çünki üç gündən sonra, Ellanın ad günü olacaqdı və o Stivi də dəvət edəcəkdi. Biologiya dərsindən sonra, Ellanın ən yaxın dostu, Ceyn Stivi bir yana çəkdi və Ellanın ad günü haqqında ona dedi. Ceyn ona dedi ki, Ella ilə dost kimi görüşə getsin. Ceyn ona dedi ki, Ella dünyanın ən xoşbəxt qızı olacaq, əgər sən bunu etsən. O soruşanda ki, niyə Ceyn ona hər şeyi dedi. O məmnuniyyətlə Ellanın ad günündə onu dost kimi restorana aparmağı qəbul etdi.
Ella xəbəri alan kimi sevincdən ağlamağa başladı. Üç gün onun üçün illərə bənzədi. Şənbə günü nəhayət gəldi və Ella Stiv-lə görüşəcək restorana getdi. Saat 6 idi, ancaq Stiv orada deyildi. On dəqiqə keçdi və o gəlmədi. Ella gözlədi. Vaxt keçdi…Ella gözünü yumub açdı ki, saat 7:30 idi və Stiv yenə hələ də yox idi. O hönkür-hönkür ağlamağa başladı. Restoranı tərk edən zaman, o göz yaşları ilə iz yaradırdı. Özünü idarə edə bilmədən yola çıxdı və fikirləşdi ki, Stiv ona nifrət edir. O küçəyə çıxıb getdi, yolu keçərək. Ancaq ona sarı gələn, üç sərxoş oğlan ilə dolu olan avtomobili görmədi. Bir an keçdi.....və hamı yolun ortasında olan, qana batmış Ella-ya doğru gəlirdi. Onun çox gözəl ağ donu indi qırmızı idi. İki gün sonra, möcüzə baş vermişdi! O komadan oyandı və çarpayısında oturan bir qadın gördü. Bu Stiv-in anası idi. Buyur, bu məktub Stivdəndir, o dedi, gözündən yaş axa-axa. Nə baş verdiyini anlamayan Ella məktubu açdı və oxudu.
Əziz Ella Mən bilirəm ki, sən heç vaxt bu məktubu oxumayacaqsan, çünki mən bilirəm ki, sən daha ölmüsən və hamısı mənim günahımdı. Bilirsən o gün Ceyn mənə dedi ki, sən üç ildi ki məni sevirsən və mən özümü dünyanın ən pis oğlanı kimi hiss etdim! Mən heç vaxt başa düşməmişdim ki, sən məni sevirsən. Bəs mənə niyə demirdin? Həqiqətən, mən səni dost kimi çox sevirdim.
Və başqa həqiqət: mən sənə demək istəyirəm ki, şənbə günü, mən bizim görüşümüzü unutmadım və heç gecikmədimdə. Mən sadəcə küçənin küncündə dayandım, səni restorana tərəf gedən gördüm. Həmin an dünyanın ən gözəl qızı idin. Uzun saçların günəşin altında par-par parıldayırdı. Amma sən günəşdən də çox işıq saçırdın mənim üçün. Mən restorana girməyə qorxdum. Həm qorxurdum, həm də həyəcanlı idim. Ürəyim döyünürdü. Belə ki, mən sadəcə orada dayandım və suyu necə içdiyini, necə sakitcə oturduğunu seyr etdim. Səni hər on dəqiqədən bir saatına baxan gördüm və özümü günahkar hiss etdim, ancaq mən sadəcə səni müşahidə etmək istədim. Bilirsən? O bir saat yarımda mən səni sevdim və bildim ki, həyatımı sona qədər səninlə keçirmək istəyirəm. Sən elə gözəl idin…
Ancaq səni maşın vurandan sonra gözüm qaraldı. Bilmədim nə edim. Tez, getdim sənin yanına. Amma buraxmadılar yaxına. Hətta qədər qan içində də gözəl idin. Kimsə sənin nəfəs almadığıni söylədi. Və bu sözlər axırıncı eşitdiyim sözlər idi. Mən tez Golden Gate Körpüsünə sürdüm və indi ayağımın altındakı bu suyu seyr edirəm. Burada mənim məktubum bitir. Mən indi tullanacağam. Çünki sənsiz həyatın mənası yoxdur. Sənsiz yaşaya bilmərəm, mənim canım. Səni Sevirəm, həyatım! Stiv P.S. Ad günün mübarək! Düzdü...
Elə burdaca, Ella-nın ürəyi dayandı. Və bu məktub heç vaxt axıra kimi oxunmadı...
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi varmı?