Həyat gözəldir..Gözəl olduğu qədər qəribədir..Qəribə olduğu qədər qəlizdir..Həyat bizə nələri öyrətdi, nələri tanıtdı, nələri verdi, nələri isə aldı..Bir çoxlarımız həyatı ya məktəb, ya dərs, yada ki, imtahan adlandırırıq..3 nümunənin hər biri dərin məna daşıyır..Eyni yolun sözləri olsalar da fərqli mənalar kəsb edirlər..Həyat bir məktəbdirsə,sagirdləri bizik..Bir dərsdirsə - çalışıb yaxşı qiymət almalıyıq..Bir imtahandırsa qazanmalıyıq..əks halda batarıq..
Həyat..Bu 5 hərfli sözə nə qədər cümlələr, nə qədər sözlər demək olar.. Amma tam cavabını heç birimiz ala bilmirik.. Çünki həyat dayanmır..davam edir.. Biz addımladıqca o qaçır, biz qaçdıqca o bir göz qırpımında uçur.. Həyat hər gün yenilənir.. Biz bunu hiss etməsəkdə o hər gün dəyişir.. dünənimiz bu günümüzdən fərqlənir.. Həyatla birgə addımlamaq mürəkkəb.. Ya sən onu qovacaqsan yada o səni.. Həyata bir spektakl da demək olar.. Şah bir əsərin oyuncuları insanlar.. Baş rol da ancaq səndən asılı.. Həyat bir sevgidirsə, sevib sevilmək səndən asılı.. Həyat bir hissdirsə, sevinmək kədərlənmək səndən asılı..Diqqət yetir, həyat nə olursa olsun, hər bir şey səndən asılı.. Heç bir zaman özünə güvəni itirmə.. Həyat sonunu bildiyimiz yoldur.. Bir gözün ağlayanda,o biri gözün gülsün həmişə.. Ürək danışanda ağılın heç bir zaman onu susdurmasın.. Addım atanda geri çevrilmə.. Nəfəs alanda onu verəcəyinidə düşün.. Həyatının qara xəttindəsənsə əgər, ağ bir xəttə az qaldığına inan..Amma heç bir zaman həyata küsmə..Çünki həyat sanki bir güzgüdür..Sən ona necə, o da sənə elə..
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi varmı?