Sənin xəyalların vardırmı?
Ya da xəyallara inanarsanmı? ifadə edə bilərsənmi heç yaşamadığın duyğuları?
Yuxu tutmayan gecələrdə xəyal qurarsanmı?
Ya da yaşaya bilmədiyin şeylərə ağlayarsansanmı?
Səni incidən şeylər gəlir qəflətən beyninə?
Özünü tək hiss edib ağrıdan başını yastığa qoyub ağlayarsanmı?
Sonra otağına dostun ya da anan girdiyində gözyaşlarını
saxlayıb səsinin boğuqluğunu saxlaya bilərsənmi?
Arzularının ardından gedərsənmi? Bədbəxtliyi ya da Xoşbəxtliyi tərif edə bilərsənmi?
Ağılına gəlirmi göz yaşlarının səbəbi?
Kimsəsizliyə sahibsizliyə dözə bilərsənmi ? Səbəbsizcə səni tərk edənə haqqını halal edə bilərsənmi?
Səhərlər göz yaşlarınla üzünü yuyarsanmı?
Bilərsənmi zərrə qədər xatırlamamağı nifrət etməyi? Halbuki mən nifrət etməyi onunla öyrəndim.
Bağışlamamağı onunla öyrəndim...
Sən Sevgiyəmi inanarsan Eşqəmi? Yoxsa əvvəl şəfqətə sonra Eşqəmi? Sənin üçün hansı əhəmiyyətli?
Şəfqətli olsaydı eşqimə sevgimə ağrıyardı o! Sən bunu anlaya bilərsənmi?
Şəfqətli olsaydı sevməyib də sevirmiş kimi etməzdi.
Sən Qarğış etməsini bilərsənmi? Mən Qarğış etməyi onunla öyrəndim.
Özündən utanarsanmı sən? Bilirsənmi?
Bunun üçün özümdən utanıram...
Bilərsənmi sevdiyinin dizinə yatıb üzünü oxşamasından duyduğun həzzi?
Xoşbəxtlikdən axan göz yaşlarını silməsinin həzzini?
Mənim qədər yalnızlığa dözə bilərsənmi?
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi varmı?