Həyat yaşandıqca bəzən çətin, bəzən isə təkrarən yaşanılmış qədər asan görünür, bəzən bu zaman yolunda sınanarıq, imtahanlardan keçirik, kimisi nəticəsini yüksək alır, kimisi nəticəsindən daima narazı olur, kimisi isə heç gözləmədiyindən artıq hədiyyə alır. Bir saç ağardırıq bu yolda, bir də can qurban veririk. Yeni nəsil böyüdürük ayyaqlarını yerə möhkəm qoymalı olduğunu təbliğ edə-edə. Bax budur amalımız, hər birimizin görəcəyi iş. Elə bil standart həyat çərçivəsindən çıxa bilmirik, çıxanlarada bizə bənzəməz deyirik.
Çox həyatımızda bəlkələr dedik, kaşkilər dedik. Çox qəlb sındırdıq, çox qapıların açarları əlimizdə ola ola onun sirrini tapa bilməyib arxasından boylandıq. Qazandıqlarımız itiriklərimizin yanında zərə oldu bəzən əksinə amma öyrəndik yaşamağın min üzünü görə-görə.. Adını da həyat dərsi qoyduq.
Heç zaman ola bilməz kəlməsinin arxasında dayana bilmədik güclü olduğumuz halda belə. Bu sevgiyə nifrətlə baxan insanın bir gün ürək döyüntülərini hiss etməsinə bənzədi. İnsan hər şeyə alışır, etmədiklərini zamanla edir, dəyişir sonra deyirik biz stabil varlıqlarıq…
Bir gün ayağımız büdrəyəndə arxanı görürük və önümüzdə atacağımız addımın çevik olmasını və zamanın acımazsızlığını öncədən görən kimi. Qalxıb səhvlərini düzəldən də olur, elə yıxıla-yıxıla ünvanına çatan da. Ayna qarşısında hesabat veririk ikinci dəfə həyata gəlsəydim nələr etməzdim. Amma unuduruq ki, bəzən bizlərə ikinci dəfə həyata gəlmək deyil ikinci dəfə həyatı yaşamaq şansı verilir. Necə deyərlər şansını itirən bəxtini itirər! Qazananda olur elə itirəndə…
Birisindən ayrılanda düşünürük ki, artıq həyatın sonundur amma zaman sübut edir ki, sən yaşamağı bacarırsansa yenidən gülmək, ağlamağ hissini bərpa edəcəksən. Bəzən verilən məsləhətləri dinləmirik, deyilən sözlərə məhəl vermirik, öz yolumuzu tuturuq, kimisi tutuduğu yolu ağlı ilə gedir, kimisi qaranlıq yolda ağlının şəfəqlərinin kölgəsindən istifadə edir.
Nədənsə yaxşı günümüzdə deyil kədərli həyatımızda özümüzü mühakimə edərək soruşarıq bu dünyaya ikinci dəfə gəlsəydim mən nələr etməzdim……
Cansız həyat aynası qarşında canlı insan bu qədər əlacsızmı qalar?
Gəlin heç kimdə günah axtarmayaq, edilən səhvləri günahdan saymayaq sadəcə keçmişi unutmayaraq gələcəyə inadlı arzular və istəklərlə iradəmizi cəmləyib istiqamət alaq. İtirilən kədərimizdi deyib, qazanılanı əziyyətimizin bəhrəsi kimi qiymətləndirək və əziyyətimizi hədərə verməyək. Bəxtim gətirməyib kəlməsini yad bilək özümüzə, şansımızı ən cılız işlərdə belə sınayaq bəlkə o cılızlıqlar arxasında dayanan böyüklüyün istiliyi bir gün bizi də isidər deyə.
Bu günə deyil quracağımız gələcək sabahlara açaq pəncərələrimizi. Ən yaxşı və ən pis günümüzdə başımızı uca səmaya doğru qaldırıb verdikləri üçün şükür edək Allahımıza.
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi varmı?