Və gedirsən… Bilirdim
gedəcəyini… Həm də ilk gəldiyin
gündən… İlk dəfə “səndən heç
yerə getməyəcəyəm” dediyin
zamandan…
İlk dəfə “sən hər şeysən,səni heç
bir şeyə dəyişmərəm” dediyin
zaman əslində mən bilirdim
gedəcəyini… Eşq budur,deyəsən?!
Getmə deyə bilmədiyim kimi,
gəlmə də deyə bilmədim… Deyə
bilməzdim…Bir az da olsa mənim
olmağın, bir az da olsa məndə
qalmağın bəs idi mənə bəlkə də…
Heç mənim olmamağındansa…
Bəlkə də bəs idi mənə yalan
olduğunu bilərək verdiyin
sözlərlə yaşamaq… Bir az da olsa
eşqi səninlə dadmaq…
Bilmirəm…Bəlkə də bilirdim,
ancaq imkansıza inanmışdım…
Getməmə ehtimalına
qapılmışdım… Bəlkə də getməyini
istəmədiyim üçün idi… Bütün
bildiklərimi, bütün inandıqlarımı
unutmaq istədim və açdım
qapılarımı bəlkə də… Kim bilir…
Yaşamadığım bir şeyi dadmaq
istəmişdim bəlkə də səninlə…Bir
günə bir ömür sığdırmaq
istəmişdim… Heç beləsini
yaşamamışdım… Bəlkə də onun
üçün açdım qapılarımı bütün
cəsarətimlə… Xoşbəxt sonla
bitməyəcəyini bilə-bilə…
Sevdiyini bilirdim… Gedərkən
belə, ürəyində olacağımı
bilirdim… Bəlkə də əfsanə olmaq
istəmişdim…Xatırlayırsanmı, hər
dəfə sənə “əsl sevgilər qovuşmur,
bax Leyli-Məcnun qovuşmadı”
deyəndə, gülürdün mənə, “biz
qovuşacağıq” deyirdin…İki nəfər
sevəndə, qovuşmursa, bax o
əfsanə olur…Biz də əfsanələrə
qarışdıq, birdənəm…
Kim bilir, sonum ol istəmişəm
bəlkə də…Sənsiz səni
yaşamaqdansa…Səni heç
bilmədən, səni heç dadmadan bir
ömür yaşamaqdansa, sənli keçən
qısa bir zamanın ardından son
olmaq istəmişəm bəlkə də…
Sən uzaqlaşarkən, hər atdığın
addımda yox olmaq istəmişəm
bəlkə də…
Bəlkə də heç nə istəmirdim…
İstədiyim bircə şey sadəcə sən
idin…Sən də getdin…
Desəm ki, üzülürəm, desəm ki,
peşimanam, inanma… Mən səndə
özümü tapdım və elə səndə də
itirdim… Bəlkə də mən sadəcə
səndə yox olmaq istəyirdim…Kim
bilir… Bəlkə də…
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Sevgi varmı?