* Mən bu səhvi necə etdim demək yerinə,ən mükəmməl düşünənlərin
belə səhv edə biləcəyini,əhəmiyyətli olanın dərs alıb təkrarlamamaq olduğunu
və yeni səhvlərdən daha az zərərli çıxmağı öyrəndim
* Həyatdakı ən əhəmiyyətli həllin nəyin əhəmiyyətli olduğuna
qərar verib,yerdə qalanını zibilə atmaq olduğunu öyrəndim
* Məni tənqid edən,mənə nələrsə demək bacarığını özündə hiss edən
insanlara cavab verməməyi öyrəndim..Çünki,bu heç zaman bitməyəcək..
* Qeyri-mümkün deyə bir şey olmadığını, çox istədiyimdə qeyri-mümkünü əldə edə bildiyimi, əsl döyüşü uda bilmək üçün kiçik vuruşmaları itirməyi nəzərə almağı öyrəndim..
* Zamanı və sözləri diqqətsizcə istifadə etməməyi öyrəndim..Çünki,sonra sözümü geri götürə bilmərəm..
* Nə qədər səy göstərirsəm göstərim, bəzilərinin bədbəxtlik üçün hər zaman səbəbinin olduğunu öyrəndim Artıq səy göstərmirəm..
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi varmı?