Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizim Heyatimiz

Bizim Həyatımız

Ağlayaraq gəldiyimiz məktəb artıq bizə əziz gəlir. Çünki dost tapmışıq. Dostumuzu görmək üçün hər gün səhərin tez açılmasını istəyirik. Sirlərimizi böləcək insan tapmışıq. Səmimi, inandığımız insanlar.

İlk Məhəbbət

Ömrümüzün qayğısız illərində,problemin nə olduğunu anlamadığımız günlərdə ilk sevgimizi tapırıq.Onsuz darıxırıq,tənəffüsün tez olmasını istəyirik və tənəffüsün gec bitməsini arzulayırıq.Çünki onu görmək şansımız ancaq fasilədədir.Hər dəfə otağımızın qapısı açılanda "O" qapıdan səni axtaracağına həyəcanla gözləyirsən.Özünü göyün yeddinci qatında hiss edirsən.Axı,kiməsə lazım olduğunu hiss edirsən.Sanki,hər kəsdən fərqli dünyada yaşayırsan.Çünki sevib və sevilirsən.Pak,saf,təmiz duyğulardır.Gözəl hisslərdir,elə deyilmi?
İlk Xəyanət, İlk Acı

Dostundan ya da sevdiyindən xəyanət görürsən,dünyanın sanki,bədbəxt insanı sən olursan.Mənən tək olursan,güclü olmağa,olanlarla barışmaq üçün daxilində iradə toplamağa çalışırsan.Öz təsəllini gözyaşlarında axtarırsan.Çətindir,ancaq nə etməlisən,həyat davam edir.Əzmkar,irəli getmək üçün unutmalısan.Bu son deyil ki?!


Məktəb İllərinə Son - İlk Sınaq, İlk Müstəqilliyimiz

Məktəb,uşaqlıq illərinə,qayğısız günlərə son.Artıq müstəqillik,həyat sınağımız başlayır.Bu yolda tək addımlamalıyıq.Mübarizə aparırıq.Nəyə qadir olduğumuzu sübut etməliyik.Ilk arzularımız,ilk məqsədlərimiz bu yoldan başlayır.Universitet həyatı yaşayırıq.Çətin,eyni zamanda maraqlı,məsuliyyətli yoldur.Bunu da dəf etməliyik.


İlk İş, İlk Pul

Illər ərzində çəkdiyimiz əziyyətlərin bəhrəsini görməyə başlayırıq.Iş tapırıq.Ilk maaşı alanda qürurlanırıq.Ilk məvaciblə bizim üzərimizdə əziyyəti olan valideynlərimizi sevindirməyə çalışırıq.Çünki bu onların bəhrəsidir.Bizimlə fəxr edə bilərlər.Gözəl duyğulardır,elə deyilmi?!
Kədər - İlk İtgi

Həyatımızın ən çətin anı.Əzizlərimizdən kimisə itiririk.Bununla barışmaq çətindir.Bir anlıq həyat dayanır.Hər şeydən ümidimizi üzürük.Ruhən həmin insanla gedirsən,sanki.Ancaq yenə də dözürsən,çünki bu həyatda heç kəs əbədi deyil şüarını yada salırsan.Acı da olsa,yaşamalısan.Ayaq üstdə durmağı bacarmalısan.Həyat davam edir....Bu da keçər....


Ailə - İlk Xoşbəxtlik

Artıq özümüz haqqında fikirləşməyin vaxtıdır.Hər şeyimiz var,ancaq təkik.Həyatımıza rəng qatacaq insana ehtiyacımız var.Özümüzün tam hissəsini tapırıq.O,mənimdir,o, mənim arzularımın insanıdır deyirik.Idealımızı,nəhayət ki,tapdıq.Biz bir-birimizi tamamlayırıq. Ailə qururuq və qismət payımızla gələcəyə birgə addım atırıq.Xoşbəxtlik davam edir.....
Körpə - İlk Sevinc

Sevincimizin həddi-hüdudu yoxdur,valideyn oluruq.Bundan böyük hədiyyə ola bilərmi?!Bu hissi Allah bizə bəxş edir.Artıq tək deyilik,ailəmizin bir üzvi daha da artır.Bəlkə də xoşbəxtliyin ən pik nöqtəsini yaşayırıq.Indi təkcə özümüzü yox,bizim yarı hissəmiz olan körpənin gələcəyini düşünmək vaxtdı yetişdi.Artıq arzularımız,bununla bağlı olacaq.Ona sevgi vermək,sağlam böyütmək,düzgün tərbiyə vermək,nəzarət etmək,qayğı göstərmək,təhsil vermək,Vətənə layiqli övlaq yetişdirmək,gözəl ailə başçısı etmək və s


Qocalıq - İlk Rahatlıq, Həyatdan Razılıq

Artıq həyatın bütün mərhələlərini keçmişik,həyatın hər üzünə sinə gəlmişik.Indi rahatıq,sınaqlardan,imtahanlardan müvəffəqiyyətlə keçmişik.Valideyn vəzifəmizi layiqincə üstündən gəlməyə çalışmışıq.Əzizlərimizə,övladlarımıza ən ülvi hiss olan sevgi hissini əsirgəməmişik. Bunların hamısının üstündən bir-biriməz olan sevgi,hörmət və diqqət sayəsində nail olmuşuq.Xoşbəxt sonluq.....və bunlara görə Allahımıza Şükür edirik!

P.S: Ağlayırıq, gülürük, sevinirik, sevindiririk, sevirik, sevilirik, incidirik,
qorxuruq, acı çəkirik, bu yolda uduruq, uduzuruq və daha nələr, nələr yaşayırıq. Bu da bizim həyatımız! Bütün bunlara rəğmən həyatdan doymuruq, bu da bir möcüzədir. Maraqlıdır, elə deyilmi?!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Sevgi varmı?
loading...