Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklə ölmüş Qızın Söhbəti

Bir qız! Sanki bu dünyada hər şey ona məxsus!

Pul, şan-şöhrət, əhli-keyf!

Hər gün-bu günün ibadətini sabaha saxlayan

özündən razı qız! "Onsuz hələm

ömrümə var" deyərək öz işində idi!

Yenə bir gün! Hava sakit! Günəş buludlar

arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol!

Yenə həmin qız gözəl bir maşında!

Sürət norması yenə yüksək!

Gözləniləmədən böyük bir qəza!

Artıq hər şey qaranlığa qərq oldu!

Bu dünyada keyf çəkən indi tabutda çiyinlərdə gedir!



Anası: Balam, balam, balam gəncliyinin dadından

doya bilmədən getdi. Nə tələsiyin vardı?

Axı səni nə vadar etdi bu yüksək sürətlə

sürmək?




Bacısı: Canım bacım sən sən o

murdar torpağa layiq olacaq qız deyilsən! Dön geri,dön!




Qardaşı:Bəsdi bu etdiyiniz axmaqlıq,

nə zaman həqiqəti anlayacaqsınız? nə zaman bu

küfrləriniz sona çatacaq? Susun susun.

Ax bacı sən dünyada ikən haqqı tapsaydın, kaş

ki səndə imanın nuru ilə nurlansaydın!Rəbbim səni

bağışlasın. Cənnətinə girməyini nəsib

etsin!



Qohumu: Of yenə nə Rəbb deyərək

qışqırırsan?



Tabut çiyinlərdə gedir! Müəllim,qohum,qonşu,əzizlər,dostlar və daha

kimlər! Hər kəs ağlayırdı! Amma fayadası yox idi!

Artıq o getmişdir!



Dünyada ikən ALLAH dan başqa heç bir ilah yoxdur

Məhəmməd(s.a.v)onun rəsuludur deyə etdiyin şahidliyi

xatırla! Xatırla ki, cənnət haqqdır, cəhənnəm

haqqdır, öldükdən sonra dirilmək haqqdır.

Qiyamət heç şübhəsiz gələcəkdir və

ALLAH qəbirlərdə onları dirildib hər kəsdən etdiyi

əməllərə görə hesabat tələb

edəcəkdir!




Sən rəb olaraq ALLAH, din olaraq İslama, peyğəmbər

olaraq Məhəmmədə(s.a.v) Rəhbər olaraq Qurani

Kərimə qiblə olaraq Kəbəyə razı olmuş,

qardaş olaraq möminləri seçmişdin. Rəbbim

ALLAHdır. Ondan başqa heç bir ilah yoxdur. Yalnız ona

təvəkkül etdim. O böyük ərşin sahibidir

demişdir.

Qız qəbirdə tək qalar:




Qız:Anacan, yandırın bu

qaranlıqdır, yandırın

işıqları çox qorxuram, bura niyə qorxulu

və soyuqdur? Mən ölmüşəm?!

Ax anam, atam mən ölmüşəm!

Ana Ana məni yanına götür çox

üşüyürəm. Dünyada olarkən niyə

mənə buraların varlığından bəhs

etmədiniz? Nə üçün Oruc tut demədiniz?

Niyə dinimdən bəhs etmədiniz? Niyə cihadı izah

etmədiniz? İndi, indi bura çox soyuq ana, canım yanır ana.

Ax Rəbbim kaş ki sənin sözlərinə

qulaq versəydim. Bir gün olsa idi ki, səni dinləyərdim.

İndi bura çox qaranlıqdır. altımdan daşlar batır,

tikanlər batır, quru torpaq bədənimi sıxır,

böcəklər, böcəklər Allahım! Ana qurtarın

məni bu boğucu qaranlıq torpaqdan. Dözə bilmirəm.

Ana, ata həmişə çətin anlarda mənimlə idiniz!

İndi haradasınız?

Sağ və Sol Mələyi Gəlir

MƏLƏK: Ey qız söylə rəbbin kim?

-Bilmirəm.

MƏLƏK: Rəbbin kim?

-rəbbim Allah

MƏLƏK: Söylə dinin nə?

-Bilmirəm

MƏLƏK: Kitabın nə?

-Heç görmədim ki.

MƏLƏK: Peyğəmbərin kim?

-heç eşitmədim ki.

MƏLƏK: Söylə qız dünyada

ikən nə üçün namaz qılmadın?

-Uşaqlarımdan vaxt tapa bilmədim.

MƏLƏK: Adəm ə.s dan çox

uşağın vardı mı? Onun hər il əkiz

uşağı olurdu. Amma dinindən heç bir taviz vermədi.

-O qədər çox malım mülküm vardı ki, namaz

etməyə fürsət tapa bilmədim.

MƏLƏK: Hz. Süleymandan dahamı

çox malın vardı?

-Həm də o qədər çox xəstəydim ki

dərdimdən namaz edə bilmədim.

MƏLƏK: Eyyüb ə.s dan

dahamı çox dərdli idin? Halbuki onun dərdi o qədər

böyük idi ki, bədənində yara olmayan yer

qalmamışdı. İndi sən sus ey Qız!

Şahidlərin danışacaq. Söyləyin ey

ayaqlar bu qul dünyada sizi nəylə məşğul etdi?



AYAQ: Bu qul məni Allahın məhrum etdiyi

yerlərə və əxlaqsızların olduğu

məkanlara apardı. Heç bir xeyr məclisində olmadı!

MƏLƏK: Siz söyləyin

əllər siz hansı haldan şikayətçisiniz?



ƏLLƏR: Bəli ey mələk bizdə

şikayətçiyik. Çünki bu qul haram olan

şeylərə əlini uzatdı, Allahın

qadağan etdiyi

əllərlə qucaqlaşdı.



MƏLƏK: Sən söylə

ey dil bu qul səni dünyada ikən necə istifadə etdi?



DİL: Ey mələk bu qulun

ağzından heç pis və çirkin söz

çıxmadı. Lakin heç bir yaxşı sözdə

söylmədi.


MƏLƏK: Yaxşı sən söylə

ey ürək bu qul sənə nə etdi?


ÜRƏK: Ey mələk bu qul mənim

içimdə heç bir möminə qarşı kin

bəsləmədi. Heç bir zaman kinlik etmədi.




MƏLƏK: Siz ey gözlər bu quldan

şikayətçisinizmi?




GÖZLƏR: Bəli ey mələk

çünki bu qul ona verilən böyük nemət

qarşılığında harama baxmaqdan çə

kinmədi.,




MƏLƏK: Ey mələklər

bunu aparın cəhənnəmə atın.



Qız: Xeyr durun nə olar,

Allah eşqinə aparmayın məni o

cəhənnəm atəşinə, durun, nə

olar sizə yalvarıram, bir şans daha istəyirəm
yalvarıram...




KİRPİKLƏR: Durun, durun, aparmayın onu

MƏLƏK: Siz nə demək istəyərsiniz


ey kirpiklər?

KİRPİKLƏR: Bəli ey

mələk bu qul dünyada ikən harama baxdı,

haram yedi, haram olan yerlərə getdi. Amma buna baxmayaraq

bir gecə Allah(c.c)eşqi ilə, iman toxumlarının

verdiyi sevgi ilə böyük bir səmimiliklə

ağlamışdı. Halbuki Allah təala; "Mənim

üçün bir damla gözyaşı tökənə

cəhənnəm haramdır" buyurmayıbmı?

MƏLƏK: Ya qul uca Allah səni

bağışladı cənnətliklərdənsən...



Görürsünüzmü?!...Allah üçün

bircə göz yaşı insanı günahlardan qurtarar...

Allah (Celle Celeluhu)-ya göz yaşı ilə bərabər

ibadət edib yaxın olmağa çalışaqki

əzabımız çox olmasın!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Sevgi varmı?
loading...