İndi yox oluram...
Səni sevmədiyim üçün deyil,
Əksinə səni çox sevdiyim üçün yox oluram...
Sənsiz yaşaya bilməyəcəyimi anladığım üçün yox oluram.
Sökübdə ürəyimi öz əllərimlə,
Qanaya qanaya yox oluram
Ürəyimin qanı gözlərimə vurur...
Damlayır yavaş yavaş ciyərimə...
Sanmaki xoşbəxtəm,
Sanmaki xoşbəxt olacam sənsiz...
Amma sən həmişə xoşbəxt ol...
dözə bilmərəm gözlərində qaranlıqlar görməyə...
İndi yox oluram
Sanmaki istədiyim üçün...
Sanmakı başqa göz dəydi gözlərimə..
Sanmakı ağılıma düşdü başqa biri...
Səndən başqa ad yox ürəyimdə
Çox istədim halbuki,
Uzadıb sənə əllərimi
"nə olar gəl mənimlə " deməyi...
Deyə bilmədim...
Bilirsən ki kilidləməliydim dilimi
Bunu diləmək acı verəcəkdi çünki...
Tapançadan atılan güllədən fərqsiz olmayacaqdı...
Diləyim səni yaralayacaqdı...
Çarəsizliyinə bir düyündə mən atmış olacaqdım...
Qanayacaqdın...
Qorxma istəmişdim kimsəsiz gecələrdə...
Kimsəsiz hiss etmə özünü...
Təkliyin qoxusu bulaşmasın üzərinə...
Sən həmişə xoş ətirli iy ver sevgimlə...
Dəstəyə ehtiyacın olduğunda,
Məni, həmişə taparsan yanında...
Çiyinindəki sevgi dolu,
Şəfqət dolu əllərimi hiss et daim..
Edə bilmədim...
Mən sənə bəlkə də,
Heç doya doya sarıla bilmədim...
Zamana qarşı bir yarışdı həmişə bizimki...
Həmişə dəqiqələrlə məhdud idi qucaqlaşmalar...
İndi yox oluram
Sanmakı istəyərək...
Sevərək getmək,
Nə demək bilərsənmi sən?
Necə bir ağrıdır bu?
Necə bir yanmaqdır ki,
Çarə yox söndürməyə...
Mən bütün yanğınlarımı alıb yox oluram
Daha qanı qurumamış yaralarımı...
Oxuduğum bir şeirin tək bir misrasında...
Təkrardan qanayacağını bilərək yox oluram
O yaranın heç bağlanmayacağını bilərək yox oluram
Yox oluram
Həyatının bitməyə məhkum dəhlizindən çıxıb
Sonsuza çatacaq yollarında
Yenə sənin yanında gedə bilmək üçün yox oluram
Səni itirməyə dözə bilməyəcəyimi bildiyim üçün
Səni həmişə qazanmaq üçün yox oluram
Mən səni bitirmək üçün deyil...
Mən sənə yenidən başlamaq üçün yox oluram.
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi varmı?