Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IBReTaMiZ HeKaYe...

Yaşlı bir adam dükanın vitrininə uzun-uzadı baxdıqdan sonra yaxınlıqda çəmənlikdə oynayan uşaqların ən zəifinə dönərək “Balaca..! deyə səsləndi.“ Mənə bir az kömək edərsənmi?“ Uşaq, həftə sonları oynadığı bodminton oyununda ilk dəfə idi ki, birinci olmasına baxmayaraq oyunu tərk edib gəldi.
Uşağın 7-8 yaşı olardı və əynindəki paltarı çox köhnə idi. Yaşlı adam uşağın saçlarını sığalladıqdan sonra: “Vitrindəki o paltarı gəyinməni istərdim. Baxaq görək əyninə olurmu?“ Uşaq öncə bu təklifi zarafat sandı. Amma adamın ciddi olduğunu anladı. Onunla birlikdə mağazaya girərkən gördüyünün yuxu olub-olmadığını, sonra da indiyə qədər təzə paltar geyinib-geyinmədiyini düşündü. Ümumiyyətlə, ya ailədəki böyük uşağa alınan və ya qonşular tərəfındən verilən paltar ona dar olarsa ortancıl qardaşa qalır və bir neçə il sonra dizləri süzülmuş halda kiçik qardaşa yəni ona qalırdı. Lakin həmişə xəstə dedikləri atasının nə qədər çətinliklə pul qazandıgını bildiyindən, bu vəziyyətinə bir dəfə də olsa etiraz etməmişdi. Indi isə ilk dəfə olaraq təzə paltarı olacaqdı. Üstəlik bayrama üç gün qalmışdı. Uşaq paltarı geyinəndə böyümüş olduğunu ilk dəfə hiss etdi. O artıq bu paltarla heç üşümüyəcəkdi.

Yaşlı adam uşağı sağa-sola çevirdikdən sonra paltarın bir paketə qoyulmasını istədi. Və satıcıya dönərək: “Paltarı nəvəmə alıram ona supriz edəcəyim üçün paltarı bu uşağın üstündə ölçdüm.” Uşaq bir anlığ beynindən vurulmuş kimi oldu və nə deyəcəyini bilmədi. Amma böyüdüyünə görə heçnə hiss etdirməməli idi. Güzgüyə son dəfə baxdıqdan sonra əynindəkiləri yavaşca çıxararaq kənara atıb. Köhnələrini geyindi. Bu adam paltarın artıq nəvəsinin əyninə gələcəyindən əmin idi və gördüyü işə görə uşağa bir konfet pulu vermək istədıkdə uşağı yanında görmədı. Zavallı uşağ bu hadisədən çox sıxılmışdı. Uşaq inci kimi yaşlar süzülən gözlərini yoldaşlarından qaçırmağa çalışırdı...


Bəzən xəyallarımız, arzularımız son anda belə puc bilirlər...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi varmı?
loading...