Yata bilmirdi, qıvrılırdı. Nifrəti zəhərləmişdi onu. Bu gün çox pis keçmişdi. Dərmanı yox idi, əsəbi və yorğun idi. Saatın səsi beyninin hüceyrələrinə qədər təsir edirdi. Tik-tak... 1 saat daha keçdi. 7-yə 15 dəqiqə işləmişdi. Hava işıqlanırdı. Gözləniri var gücü ilə yumub inildəyirdi. Həyat kabus kimi onunlaydı. Nifrətində,sevgisində... Məhv edirdi onu! Öz-özünə gülməyə başladı. Çılğın bir ehtirasla qisas alırcasına gülür, qəh-qəhələr atırdı. Səhər açılır, uşaqlar evlərindən məktəbə, tələbələr universitetə, “böyük”lər isə işə gedəcəkdi. O da işə gedəcəkdi hamı kimi. Amma ona əzab verən, vicdanını yandıran bir işə. Yeni bir gün və o yenə dərman satacaq. Minlərcə insan bu dərmana möhtacdır. Ziyanı ölçüsüz olan bu dərman. Bu gün ona dərman verməmişdilər. Zirzəmidə əks-səda verən gülüşləri göz yaşları ilə əvəz oldu. Hıçqırıqları, iniltiləri məğlubiyyəti idi. Bu gün valideynlərinin vəfat günüydü. Gah gülür, gah ağlayırdı. Anasının gözləri... Yenə o kadrlar gözünün önündə canlanırdı. Göz yaşları bütün yaralarını göynədici ağrıyla və əzabla yad edirdi. Qış günü idi, çox soyuq idi. Cırıq bir yorğana bürünmüşdü bacılarıyla. 8 yaşı vardı. Bacıları çox üşüyürdü. Birinin 4 digərinin 6 yaşı vardı. Yorğanın altından çıxıb onu bacılarına verdi. İliyinəcən titrəyirdi. Atası içirdi yenə. Qızışmaq üçün... Anası çox xəstə idi. Tez-tez öskürürdü. Evdə atasının arağından və pendirindən başqa heç nə yox idi. Artıq nifrət edirdi bütün insanlara. Əmisi atasından pul almaq üçün evlərini araqla həmişə təmin edirdi. Qonşuları isə tutuquşu kimi “zavallı”, “yazıq” sözlərini təkrar etməkdən bezmirdilər. Müəllimlər isə bayramlarda onları “təbrik” etmədiyinə görə ona daha kinayə ilə yanaşırdılar. Anası yenə öskürməyə başladı. Içində dərin bir qorxu vardı. Bədənini soyuq tər basdı. Iradəsinə tabe olmayan və onun içindəki bütün kədər qarışıq nifrətini göz yaşları yudu bir anda. Ağlamağa da gücü yox idi. Anası öləcəkdi bilirdi. Göz yaşları içində boğulurdu və hönkürtü ilə anasının boynuna sarıldı. Anası da onun boynunu qucaqladı.”Ana,ana... Mən səni çox istiyirəm ana! “ Anasının əlləri qəfildən ayrıldı ondan. Ölmüşdü anası . Bədəni buz kimi soyumuşdu. “yox! Ana yox! Xahiş edirəm ölmə! Allahım yalvarıram ölməsin! Allahım yalvarıram alma anamı məndən! Yooox!!!” Gözyaşları anasının üzünə süzülürdü. Anasından gözündən öpür, bütün mövcudluğu ilə hönkürürdü. “yox ana yox! Nolar ölmə!” Beynində min cür hekayə yaratmışdı bu an ərzində anasının yer aldığı. Ayağa qalxdı. Bayaq bir küncdə mürgüləyən atası artıq ayaq üstəydi. Özünə gəlməyə çalışırdı. Hadisələrin gedişatı hələ də ona aydın deyildi. Budur yavaş-yavaş özünə gəlir. 1 ay əvvəl həkim demişdi. “Xəstəliyi çox ağırdır. Müalicə vacibdir!”. Artıq hər şeyi anlamışdı ki, oğlu nifrətini onun üzünə tüpürcəklə əks olundu. “Sən öldürdün, sən! Anamı sən öldürdün! Sən elədin! Əclaf, alçaq! Yenə həmin göz yaşları və içində onu boğan və məhv edən nifrəti. Artıq qışqırırdı və nə etdiyini unutmuşdu. Əlində mətbəx bıçağı, beyninin dərinliklərində onu qudurdan nifrəti və bacıların çığırtıları müşaətində-“Sən öldürdün anamı!” İndi isə o olanları anlamırdı. Atası yerdə qan içində uzanmışdı. Hadisələr elə tez baş verdi ki, o özü də bunu başa düşə bilmirdi. Göz yaşları dayandı. Zirzəminin bir küncünə sıxılaraq gülməyə başladı. Bundan sonra soyuq və ikrahedici yetimxana divarları... Artıq vaxtdır yenə durub gedəcək özü kimi bir neçə həyatı da məhv etməyə. Narkomaniyaya nə vaxt və necə qul olduğunu özü də unutmuşdu. Amma yaddaşında qalan yalnız anasının soyuq bədəni və qan içində inildəyən atası idi...! Gülməli bir tənasüb yaranmışdı. Atası anasının ölümünə səbəb olmuşdu. O atasının. Həyat onu öldürüb, ruhunu didib məhv edib, iradəsini, vicdanını yox edib. O isə...
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Sevgi varmı?