Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünə Gəl...

Oxuduğum kitablar, hekayələr gəlir ağılıma ya da izlədiyim filmlər... Hamısında ümumiyyətlə xoşbəxt sonla bitirdi eşqlər; lakin sona gələnə qədər o qədər acı çəkirdilər ki, obrazlar: sanırdım ki, hər an buraxıb qaçacaqlar... Onsuz da indiki vaxtda dəb deyilmi atıb qaçmaq? Ən kiçik bir sınağa belə tab gətirmədən qaçıb getmək... Qibtəylə dinlədiyimiz, oxuduğumuz, izlədiyimiz o əfsanəvi eşq hekayələrinə hansımız yaxşı mənada həsəd aparmadıq ki? Kaş ki belə bir sevgi yaşasam demədikmi heç vaxt? Dedik... İstədik... "Mənim sevgim də belədir" deyərək öz özünü aldadan kəslər belə olmuşdur böyük ehtimalla ( sən belə ola bilərsən )... Amma, ey eşq: haradasan? deyə soruşan da , eşqini ayaqlar altına alan da yenə eyni adam olmuşdur ümumiyyətlə...Baxın, belə bir şey deyil sevgi...Bu yalan və çirkli dünyaya çox gəlir artıq deyəsən...Çünki insanlar üçün o qədər çox fərqli mövzular, bir-birindən dəyişik maraq dairələri və onları tamamlayan şeylər var ki.. Sevgi belə ona maneə ola bilmir, o insanın bilərək yalan danışmasına mane ola bilmir...əni sevirəm sözünü neçə adama söylədin məsələn, ey yazımı oxuyan insan? Sevgi bu idimi yəni: Hər önünə gələnə səni sevirəm demək? Hər önünə gələnə bunu söyləyirsənsə; o yaşadıqlarında, etdiklərində, söylədiklərində yalandan başqa nədir ki? O an üçün sənə 'doğru' gələ bilər amma bir gün bu söylədiklərin 'yalan' olmayacaqmı? Bu həyatda nəticədə hər kəs etdiklərinə görə məsuliyyət daşıyacaq, amma həyatdakı ən təmiz şey məncə gerçək sevgidir... Bunu belə özü üçün məqsəd hesab etməyib, dünyalıq yuxulara qapılan və bəzən sevgini ayaqlar altına alan adamın bu həyatdan, onlarla yazarın gözəl sözlərindən, gözəl mahnılardan, bu əfsanəvi eşq hekayələrindən təsirlənməsi mənə görə yalnız nəfsini aldatmasından başqa bir şey deyil.
Ey insan!
Özünə gəl...
Sevgi o qədər sadə bir şey deyil !! Xidmət edəcəksənsə, nəfsinə deyil sevginə xidmət et: sonsuzluq onun ardında gizlidir çünki...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi varmı?
loading...