Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENI NIYE SEVDIM?

Görəsən bu sevgi mənə nəyin hesabını ödədi Həyatıma girəcəyin gün gedəcəyini bilirdimmi? Ona görəmi sevdim?
Səni sevməyi mən istədim?..yoxsa sən özünü sevdirməyi bilirdin?
Sevgi iki nəfərlikdir əzizim mən həmişə bu sevgini tək başıma yaşadım
Sən getdin mən gözlədim nağıl kimiydin bir var idin bir yox
Məni həmişə uçurumun kənarına aparıb bərk-bərk qucaqlayardın sonra aşağı buraxardın.Az qalırdım ki, düşüm,yenə möhkəm qucaqlayardınağlımı apardın yalanlarla aldatdın məni Hər yalanın dözülməz oldu həmişə bağışladım qürurumu sənin üçün satdım
Niyə səni həmişə sevdim? Niyə həmişə pisliklərini görməməzlikdən gəldim?
Niyə bu sevgini doyunca yaşamağa fürsət vermədin?
Ən dəyərlim idin mənim qıymadığım məndəki, tək adın sevgi olub amma yordun məni əzizim
Məhv olmuş bir sevgidir bu...



Sevgi artıq yoxdur amma daha sonra fərqinə vardım ki, içimdəki sən hələ də yaşayırsan.
Və sənin mənə etdiyin kimi etdim mən də ürəyimdəki uçurumun kənarına götürdüm səni ilk öncə möhkəm sarıldım sənə və sonra tutmamaq qərarına alıb Səni buraxdım əlimdən
Sən əlimdən çıxarkən çox sakit şəkildə düşdüyünü seyr etdim
Sənin verdiyin acıların intiqamı idi....
Bunu da yalanlarının arasında yükləmişdin bəlkə də
Və mən səndən başqa heç bir şeyi görməyən gözlərimlə hiss etmişdim Böyüdüm səndən sonra addımlarım sərtləşdi ağlım qəlbimə söz keçirtməyi öyrəndi Bədənim ruhuma daha da möhkəm sarılmağa başladı gözlərim cüzi bir xırdalıqlarıda görürdü artıq
Çətin oldu,amma səsin qulaqlarımdan tamam silindi,başqa səsləri eşidə bilirəm artıq
Bir tək əllərim öyrəşmədi sənsizliyə boşluğa belə toxunmadım səndən sonra
Bir tək onlara söz keçirə bilmədim Hansı həyatda var olursan ol
Amma artıq heç kimə əzab vermə sevgilim ilk öncə özünə bağlayıb,sonra nağıllara qarışma
UNUTMA!!..Dünya sənə aid deyil
Buraxdığın acıların qarşılıqlı cavabını verən mütləq tapılacaqdır..!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Sevgi varmı?
loading...