Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payızım "Sən"sən

Eşqin və kədərin mövsümüdür Payız…

Araya saldığı həsrətlə, eşqi saraldıb solduran bir mövsüm…

Düşən ulduzların apardığı insanlar kimi, budağından düşən hər yarpaq bir eşqi soldurar Payızda…

Ayrılığı, həsrəti, kədəri yaşadar…
Sarıdır Payız; sərin və sarı…

Eynilə ölüm kimi, ümidsizlik, həsrət kimi…
Sona çatmaqdır Payız; yox olmağın sərhədində tükənib bitmək…
Və gözyaşıdır Payız...

Öz gözyaşınla islanmğın çarəsizliyi, öz təkliyində üşüməyin, öz içində itməyin dəhşətidir…

Günəşi solmuş bir eşqdir Payız; hər gününü qurumuş bir yarpaq kimi yaşayan, ayrılığa, həsrətə və kədərə bulanmış bir eşq…

Yandıran, əridən, yox edən, sonra yenidən yaradıb ölümsüz edən bir eşq… Və eşq; sona gəlmişkən, sənə gələn eşq…

Bir Payız günündə tanıdım Səni; göylər ağlamağa hazır idi, yarpaqlar qurumuş və hər şey saralmışdı…

Sarı; ayrılığın və kədərin rəngi, sarı; Səni qarşıma çıxaran axşamın rəngi, vuslımın, xoşbəxtliyimin rəngi…
Sarı, solğun və qurumuş bir Payız idi Səni qarşıma çıxaran…
Eşq məni yaradıb varlığına bağladı...

Səni sevərkən sevməyin və yaşamağın dadını çıxartdım... Səninlə olub Səninlə solum, Səninlə doğulub Səninlə ölüm...
Ey Sevgilim!... Bil ki; əvvəlim Sənsən, axırım Sən, gecəm Sənsən, gündüzüm Sən...
... Payızım Sənsən …

Payızı, uşqlıqdan sevməyimin səbəbin, Səni, Payızda tanıyıb Sevdiyimdə anladım...
Həyatımın mənasın Payız'da tapacaqmışam...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Sevgi varmı?
loading...