Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Senin Xetrine

Könlün zülmət olsa, qəlb qəmə nişan
Günəşə dönərəm sənin xətrinə
Dayanıb gözünün önündə sənin
Yanıb yaxılaram sənin xətrinə Sənin sözün ollam sözün olmasa
Canımı üzərəm dözüm olmasa
Od olub yanaram közün olmasa
canı yandıraram sənin xətrinə Sən mənim amalım, sən mənim eşqim
Gözəllər içindən mən səni seçdim
Demə zaman keçdi, mənsə gecikdim
Zamanı susdurram, sənin xətrinə Mənəm eşq mülkünün sultanı, xanı
Amma sənə qulam ...qulunu tanı
Bu canı edimmi sənə ehsanı?
Istə; paylayaram sənin xətrinə Arxanca sürünnəm mən dizin dizin
Mənə hökm olar, dildə hər sözün
Dodağını öpsəm, döndərsən üzün
Üzündən öpərəm sənin xətrinə


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Sevgi şerləri
loading...