Senle Yox Sevgilim Xeyallarinla
Hər gecə oturub hey dərdləşirəm
Sənlə yox sevgilim xəyallarınla
Qalıram baş başa söbətləşirəm
Sənlə yox sevgilim xəyallarınla
Özüm öz odumda alışıram mən
Guya unutmağa çalışıram mən
Hərdən də küsürəm barışıram mən
Sənlə yox sevgilim xəyallarınla
İnanmazdım bir gün tale mənə gülə
Nə çəkirəm anlaya dərdimi bilə
Bir gəzirik verib yenə əl-ələ
Sənlə yox sevgilim xəyallarınla
Mənəm sevgimin qəm səsiyəm mən
Küləyəm özümçün əsəsiyəm mən
Bir yerdə dünyadan köçəsiyəm mən
Sənlə yox sevgilim xəyallarınla
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri
loading...