Bütün Unutmaq Isteyenlere ...
Əvvəlcə özünə bağladın məni,
- Sonra da ayrılaq, yetər! bəs! dedin,
Mən ki, istəmədim səndən ayrılım.
Sən bu ayrılığı özün istədin...
Mən əzab yaşamış kinli qüruram,
Çətin bu qürurla qarşında duram,
Səni unutmağa artıq məcburam,
Sən bu ayrılığı özün istədin...
"Sevirəm" sözlərin yalan həvəsdir,
Bəsdir hisslərimlə oynadın! bəsdir!
Dön desən, xeyri yox, artıq əbəsdir!
Sən bu ayrılığı özün istədin...
Xəyallar qurardıq sənlə baş-başa,
Deyərdik gəzişək, gəl qucaqlaşaq,
Daha gecdir gülüm, çətin qovuşaq,
Sən bu ayrılığı özün istədin...
Heç zaman tutmadı əlim düz əldən,
Görmədim qəlbimi qırıb, düzəldən,
Bəxtimdə ayrılıq varmış əzəldən,
Heç vaxt ayrılığı mən istəmədim....
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri
loading...