Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxular

Gör kimə aldanıb, kimi sevirəm?
Ehtiyac duyuram bircə öpüşə.
İnan ki, sevdiyim söz verirəm mən,
Daha yuxularında gəlməm görüşə.

Nə taqət qalıbdı, nə də zərrə güc,
Daha sənsizliklə döyüşmək üçün.
Hər gecə yuxuya erkən gedirəm,
Yuxuda daha çox görüşmək üçün.

Kim bilir bəlkə də yuxular düzdü,
Hər səhər qəlbimdə qoyur dərin iz.
Realdan fərqli bir dünyadı sanki,
Görürəm yuxuda evlənirik biz.

Rəsmini tavana asmışam ki, mən,
Xəyalın gözümdən itməsin deyə.
Yorğanı başıma örtüb yatıram,
Sənli yuxularım bitməsin deyə.

Yuxudan reala keçid hər səhər,
Qeyri-iradəvi gözlərimdə yaş.
Daima səninlə mən qalım deyə,
Yuxu dünyasında yaşayardım kaş.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi şerləri
loading...