Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MENI OZGELERDEN SORUWMA GULUM..

Qəlbinə min fikir, şübhə doğsa da,
Məni özgələrdən soruşma gülüm.
Bu dərddən qəm-qüssə səni boğsa da,
Məni özgələrdən soruşma gülüm.



Mən gecə olaram, əgər ay olsan,
Çınqıla dönərəm, əgər çay olsan,
Haqqımda ən çirkin söhbət də duysan,
Məni özgələrdən soruşma gülüm.



Soruş uca dağın şəlaləsindən,
Soruş bülbüllərin qəmli səsindən,
Soruş sevənlərin gül nəfəsindən,
Məni özgələrdən soruşma gülüm.



Qıymaram el-aləm qınasın bizi,
Aravuranların sevinsin üzü,
Özümdən soruş, bil necədi düzü,
Məni özgələrdən soruşma gülüm.



Gözüm səni gördü, tək sənə baxdı,
Sən küsdün, qəlbimdən qara qan axdı,
Xəyalın dünyada yalanı yoxdu,
Məni özgələrdən soruşma gülüm


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri
loading...