Gec Olmamis
Tut əlindən bu gününün
Apar ötür gələcəyə.
Gələcək.mütləq biləcək
Bu gününün dəyərini.
Çox arayıb axtaranda
tapmayanda belə bir gün.
Biləcəksən.
Bu günahsız günlərinin
qatilinin cəzasını öz ömrünlə verəcəksən.
Gec olacaq,inan mənə.
Bunları sən bilə-bilə
Hər gününü əridirsən gilə-gilə.
Heyfin gəlsin.
boş,mənasız gedib,gələn nəfəsinə.
Bu həyatda yaşayırsan hər dəfə sən,
yaşanmamış yep-yeni gün.
Yaşadığın günlərini
yaşaya bilməzsən daha
Bunun üçün…
Gün doğandan batanadək
Gec olmamış.yaxşı düşün.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri
loading...