Nece Ayrilaqki Cox Yandirmasin.?
Bu bir nağıl idi, həqiqət sandım,
İşığa göz yumdum, günəşi dandım.
Sən ağlayıb yandın, mən gülüb yandım,
Necə ayrılaqki, çox yandırmasın?
Gözdən uzaq oldum, qəlb unutmadı,
Gözlər yorulmadı, gözlər yatmadı. Xəyalları boğdum, onlar batmadı,
Necə ayrılaqki, çox yandırmasın?
Beynim açılandan, çıxılmaz yoldu,
Sən sağda durmusan, sənsizlik soldu.
Özümə verdiyim son sual oldu,
Necə ayrılaqki, çox yandırmasın? İynəli sözlərin batdı bağrıma,
Dinmədim, agrılar qatdı ağrıma.
Məntiqin yalanlar satdı doğruma,
Necə ayrılaqki, çox yandırmasın?
Ruhum səninlədir dönüb kölgəmə,
Suallar qəlbimi sıxan mən yenə. Nə olar, nə olar, bir kəlmə cavab ver
mənə,
Necə ayrılaqki, necə ayrılaqki, çox
yandırmasın?
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri
loading...