Yenə də dərdlisən sənə nə olub?
Dərdini mənimlə bölə bilərsən.
Sən məni unutdun mənə nə oldu?
Mən səni unutsam ölə bilərsən...
Mənə bildiyini et demirəm mən,
Əbədi gözümdən it demirəm mən,
Sənə birdəfəlik get demirəm mən,
Eybi yox arada gələ bilərsən.
Dərdini mənimlə bölə bilərsən,
Mən səni untsam ölə bilərsən...
Sevgivə min sevgi qata bilərsən,
Özgə ilə arzuna çata bilərsən,
Sən məni unudub ata bilərsən,
Məni yaddaşından silə bilərsən,
Mən səni unutsam ölə bilərsən...
Saldı səhraya eşq meyli Məcnunu,
Leylli də incitdi xeyli Məcnunu.
Bir zaman oxuyub Leyli Məcnunu
Mənim də eşqimi elə bilərsən
Mən səni unutsam ölə bilərsən...
Mənim öz yaddaşımdan çıxsa da adım,
Adını dilimdə deyib oxşadım.
Sən məni unutdun, mən unutmadım.
Niyə unutmadım bilə bilərsən???
Mən səni unutsam ölə bilərsən...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri