Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Senin Sevgin Lepe Vurur...

Hər dəm xəyal hər dəm fikir
Sənin qəlbin seyr eyləyir
Hər yamacda bir ev tikir
Sevən qəlbin qənimidir
Gah yalandır, gah inaddır
Gah da yaman səmimidir
Sevən könlüm dözür durur
Sənin sevgin ləpə vurur

Hər sözümdə günahkaram
Yaman qəlbi tez küsəndir
Deyir qəmə səbəbkaram
İnciyirəm öz-özümə
Barışıram öz-özümə
Dünya dönür bir yuxuya
Dəli könlüm xəyal qurur
Sənin sevgin ləpə vurur

Ürək əsir, zəfərində
Sevincində bir anlıqdı
Bir anlıqdı kədərin də
O coşduqca qərq oluram
Çəkiləndə öz yurduna
Mən özümə dərd oluram
Gah bulanır gah durulur
Sənin sevgin ləpə vurur

Gecələrin qəm üzündə
Kədərimlə başımı qat
Nə deyirəm sevimli yar
Sən rahat yat sən rahat yat
Çatsa bir gün sənə namə
Demə sonda bu Divanə
Səni üzür səni yorur
Sənin sevgin ləpə vurur


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi şerləri
loading...