Eliaga Vahid - Aglatdi Meni...
Sənsiz, ey gül, demə biganələr aglatdı məni,
Bəzi uydurmalar, əfsanələr aglatdı məni.
Agladıb özgə pərişan edə bilməzdi məni,
Zülfünə məhrəm olan şanələr aglatdı məni.
Şəmi tək göz yaşım axmazdı qəmindən gecələr,
Dövri-ruyindəki pərvanələr aglatdı məni.
Könlümün gördü o zülf içrə əsir oldugunu,
Sanki zəncirdə o divanələr aglatdı məni.
Min xəyal eylər idim gözlərinin şövqi ilə,
Yad edərkən səni məstanələr aglatdı məni.
Sənsiz, ey gül,nə mey içdimsə gözümdən gəldi,
Döndü qan rənginə, peymanələr aglatdı məni.
Vahid, aləmdə təki eşq evi abad olsun,
Hər zaman məscidi viranələr aglatdı məni.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Sevgi şerləri
loading...