Üçüncü dövr eramızın II əsrinin sonu – III əsri əhatə edir. Bu mədəni təbəqədə xeyli ibna, divar və ocaq qalıqları aşkar edilmişdir. Sahəsi 14x5 m olan ibnalardan biri gil palçıqla çay daşından və çapıq daşdan tikilmişdir. İçəridən divarlara saman suvaq çəkilmişdir. Döşəmə torpaqla, qismən daşla örtülmüşdür. Ibna yanğmdan məhv olmuşdur. Aşkar olunmuş gil səhənglərdən yanıb kömürə dönmüş qoz, zeytun, buğda və arpa dənləri tapılmışdır. Binanın şimal hissəsindəki otaqda kürə olmuşdur. Mədəni təbəqədə külli miqdarda müxtəlif formalı boz və çəhrayı rəngli gil kasalar, bardaqlar, süd qabı, parç, boşqab və s.tapılmışdır. Onlardan bəziləri dulus çarxında hazırlanmışdır. Mədəni təbəqədən tapılmış materiallar son dövr küp qəbirlərindən və eləcə də torpaq qəbirlərindən tapılmış əşyalara uyğun gəlir. Təqribən eramızın III əsrinin sonunda məskənin əhalisi onu tərk edərək başqa yerə, ehtimal ki, qərb tərəfə, müasir Şamaxı şəhərinin 300-400 metrliyinə köçmüşlər. Yerüstü abidələr erkən orta əsrlərə aiddir.
Tarix: 02.02.2015 / 14:47 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Qafqaz Albaniyası