Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban salnaməsi

Müəllifi olan Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnamələri 1130-1162-ci illərdə,Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən,ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən,rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir.

Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var:"...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq.

Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir.Çünki burda albankilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur.Siyahının başlığı da maraqlıdır:"Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonraki alban patriarxlarının siyahısı.

Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir,eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır.


Tarix: 30.01.2015 / 19:04 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qafqaz Albaniyası
loading...