Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehranilər

Mehranilər, Mihranilər - Qafqaz Albaniyasını miladi tarixlə 628-705-ci illər arasında idarə etmiş İran mənşəli sülalə.

Miladi 591-ci ildə Qafqaz Albaniyası ittifaqına daxil olan Girdiman knyazlığında hakimiyyətə gəlmiş Mehranoğulları sülaləsinin əsası Mehran (Sasani şahının kürəkəni , Moisey Kalankatukluya görə Mehran edam olunmaq təhlükəsindən dolayı miladi tarixilə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə gəlmiş, vilayətin 12 əyanını nahar yeməyinə dəvət edərək onları öldürtmüş və Girdimanın sahibi olmuşdur .) tərəfindən qoyulmuşdur.

Mehranın nəsli ; Moisey (Musa) Kalankatukluya (Qalakəndliyə) görə sülalənin tarixçəsi belədir:

Mehran, Mehranın oğlu Ərmail, Ərmailin oğlu Vard, Vardın oğlu Cəsur I Vardan (O, Mehran təki keçmiş yerli hakim sülalənin - Aranoğullarının 60 nümayəndəsini nahara dəvət edərək onları xaincəsinə qətlə yetirdi və Qırdman (Girdiman) qalasını tikdirdi.), Cəsur I Vardanın (600-615) oğulları Varazman (615-628) və Varaz-Qriqor.

Varaz Qriqor (628-642) Alban kotolikosu Vironun himayəsi ilə Sasani şahı II Xosrov tərəfindən "Qırdmanın ağası və Alban ölkəsinin Knyazı" olaraq tanındı. Beləliklə onun zamanında alban dövlətçiliyi faktiki olaraq bərpa olundu (onadək Albaniya yüz ildən artıq müddətdə yəni , 510-628-ci illərdə sasani mərzbanları tərəfindən idarə edilmişdi). 628-ci ildə Varaz-Qriqor Ktesifonda Viro tərəfindən xaç suyuna salındı və xristianlığı qəbul etdi. 630-642 ci illərdə Böyük Alban Knyazı olan Varaz-Qriqor paytaxtı Bərdə şəhərinə köçürdü. Varaz-Qriqorun Varaz-Peroz ,Cavanşir, II Varazman , İyezut-Xosrov adlı oğulları var idi.

Cavanşir Varaz-Qriqorun ölümündən sonra onun taxt-tacının varisi oldu. 681-ci ildə Cavanşirin öldürülməsindən sonra onun qardaşı II Varazmanın oğlu I Varaz-Trdat Böyük Alban Knyazı oldu . O da əmisi Cavanşir kimi Ərəb Xilafətinin vassalı olmağı qəbul etdi. Böyük Alban Knyazı Şiruyə(699-704) ərəblər tərəfindən Dəməşq şəhərinə aparıldı və o sonradan orada dünyasını dəyişdi . Şiruyədən sonra onun yerinə bir il müddətində (704-705) təkrarən I Varaz-Trdat (II Varazmanın oğlu) Böyük Alban Knyazı oldu . I Varaz-Trdatın ölümündən (705-cı il) sonra Böyük Alban Knyazlığı ləğv edildi və onun topaqları Ərəb Xilafətinin "Ərməniyyə" əyalətinin tərkibinə qatıldı . Ancaq I Varaz-Trdatdan (II Varazmanın oğlu) sonra bu nəslin nümayəndələri Qaqik (705-740) , Nerseh (740-790), I Stepanos (790-821) , I Stepanosun oğlu II Varaz Trdat (821-822) yerli hakimlər olaraq qaldılar . Mehranoğulları sülaləsinin son nümayəndəsi I Stepanosun oğlu II Varaz Trdat 822-ci ildə yerli knyazlardan biri tərəfindən öldürüldü və bununla da Mehranoğulları sülaləsinin hakimiyyətinə son qoyuldu.


Tarix: 02.02.2015 / 13:53 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Qafqaz Albaniyası
loading...