Qafqaz albanlarına məxsus olan və alban dilinə uyğunlaşdırılmış əlifba olan alban əlifbası, IV-V əsrlərdə parf mənşəli maarifçi Mesrop Maştots tərəfindən təkmilləşdirilmişdir. Lakin əlifbanın nə zaman və kim tərəfindən yaradılması məsələsi hələ də həll edilməmiş olaraq qalmaqdadır.
Alban tarixçisi Moisey Kalankatuklu yazısı olan xalqlar içərisində madayları və albanları xüsusi qeyd etmişdir:
"Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslılar da istifadə edirlər), ispanlar, yunanlar, madaylar, ermənilər və albanlar".
— M. Kalankatlı, I, III
1937-ci ildə filologiya elmləri doktoru, professor İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 7117 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Sonra Mətndardakı bu əlyazmanın iki başqa surəti üzərində T.İ.Ter-Qriqoryan da tədqiqat aparmışdır. Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Foma Metsopski tərəfindən tərtib edilmişdir. Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. 1938 və 1957-ci illərdə ciddi araşdırmalardan sonra akademik A. Q. Şanidzenin alban əlifbası haqqında yazıları çap olunmuşdur. T. M. Məmmədov göstərir ki, bu tapıntı akademik R. Açaryanı da maraqlandırmış, o bu əlifbanın həqiqətən alban əlifbası olması barədə məqalə ilə çıxış etmişdir. Alban yazısının, alban dilində tərcümə əsərlərinin olduğunu tarixi mənbələr də təsdiq edir.
Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır. A. Q. Şenidze yazır: bu dövrdə albanlar Qafqazın siyasi və mədəni həyatında gürcülərlə birgə fəal iştirak edirdilər. Koryun göstərir ki, Maştos Qərbi Ermənistanda olanda onun yanına mənşəcə alban olan iyerey Benyamin gəldi.O Benyamini sorğu-suala tutdu,qarqar dilinin barbar sözlərini tədqiq edərək onlar üçün əlifba yaratdı.
Alban əlifbası Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə məhv edilmiş, alban əlifbasıyla yazılmış kitablar qədim erməni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir.
Uzun müddət Alban əlifbası itmiş hesab edilirdi, lakin 1937-ci ildə gürcü alimi İliya Abuladze Mətndarda XV əsrə aid MS No. 7117 şifrəli əlyazmada 52 hərfdən ibarət alban əlifbasına rast gəlmiş və onu aşkara çıxarmışdır.
Az sonra 1948-ci ildə Mingəçevir qazıntıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S. M. Qaziyev məlumat vermişdir. Lakin həm tapılmış əlifbada (Matenadaran 7117), həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır. 1956-cı ildə A. Q. Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi iki kənddə – Qutqaşen rayonunun Nic, Vartaşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxumağa çalışmışdır. Udinlər heç vaxt ölkədə bütün Şimali Azərbaycanı əhatə edən vahid dilə və dövlətə malik olmamış, daim türkdilli utilərlə qarışdırılmışdır. Müəllifin oxuduqları inandırıcı deyildir və istədiyi yerə alban əlifbası adlandırılan 52 hərfli əlifbanın istədiyi hərfini qoymuşdur.
Tarix: 02.02.2015 / 14:05 Müəllif: Feriska Baxılıb: 243 Bölmə: Qafqaz Albaniyası