Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katolikos VI İohannes

Katolikos VI İohannes — Albanların LV katolikosu.

Katolikosluğu
Katolikos III Stepannosdan sonra kürsüyə gəlmişdi. Əsl adı Vrtanes olub Bjni kəndindən idi. Katolikoslar nəslindən olduğu deyilən Vrtanes Gəncədə Əmir Əmiran Ömər tərəfindən katolikos təyin olunmuşdu və ona İohannes adı ilə kürsü verilmişdi. Bu hadisənin keçirilməsi əmirin əmri ilə təmtəraqla qeyd edilmişdi.

Son dövrləri
Katolikosluğun son dövrlərini Çərəktar monastırında keçirən İohannes Atabəylər dövlətinin içində gedən müharibələr səbəbi ilə Mxarqrdzeli knyazlarının dəvəti ilə qərbə keçdi və Həmşivəng kompleksi tikilməyə başlandı. Lakin Cəlal əd-Din Məngburninin hücumu bu tikintini yarıda qoymağa məcbur oldu.


Tarix: 30.01.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qafqaz Albaniyası
loading...