Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paytakaran

Paytakaran — Qafqaz Albaniyasına daxil olan əyalətlərdən (nahanq) biri. Paytakaran mənbələrdə müxtəlif adlarla - Kaspk, Kazbk (erməni mənbələrində), Kaspiana (yunan-Roma mənbələrində), Paytakaran-Balasikan (Musa Kalankatlı və bəzi erməni mənbələrində), Balasakan (fars və ərəbdilli mənbələrdə) və s. formada adlandırılmışdır. Bu əyalət müasir Şimali Azərbaycanın cənub-şərq hissəsində yerləşmiş və şərqdə Xəzər dənizinin sahillərinə kimi uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsi də Paytakaranın tərkibinə daxil idi. Bəzi vaxtlarda Paytakaran Atropatenanın şimal-şərq torpaqlarını da öz tərkibinə birləşdirmişdir. Ehtimal olunur ki, Şirvanın Xəzər dənizinə kimi cənub-şərq hissəsi Abşeron yarımadası ilə birlikdə Paytakaranın tərkibində olmuşdur. Mərkəzi eyniadlı şəhər Paytakaran (Beyləqan) idi. Paytakaran siyasi cəhətdən bəzən Qafqaz Albaniyasının tərkibində, bəzən isə müstəqil olmuşdur. Lakin IV əsrin ikinci yarısından bu əyalət Albaniyanın tərkibinə daxil idi. V-VIII əsrlərdə Balasakanda qafqaz albanları, kaspilər, hunlar, xəzərlər, akasirlər və başqa tayfalar yaşamışdır.


Tarix: 30.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Qafqaz Albaniyası
loading...