Əslində həyatda bu şəkildə yol alarıq: Qaranlıqdan işıqlığa keçər, sonra təkrar yeni bir qaranlığı kəşf etmək, işıqlandıra bilmək üçün işıqlıqdan qaranlığa adım atarıq.
İşıqlıqdan qaranlığa girdinizmi heç?
Hansıki günəşli bir yoldan tunelə girdiyində,ya da yuxarıdan işıqlı bir sahədən pilləkənlərlə yavaş yavaş aşağı enərkən.
Dənizin dərinliklərinə daldığında olduğu kimi yuxarıdan gələn işığın get-gedə azalmasını bilərsən?
Hər şey tanışkən birdən birə bildiklərinin yavaş yavaş qaralmasını və naməlumun bir parçası olmasının şahid oldunmu heç?
Nə olar bilirsən?
Yavaş yavaş gördüklərin silinər gözünün qarşısından. Daha əvvəl qaçar endiyin pilləkənlərdə bu dəfə yapışacaq bir qol axtararsan.
Addımların yavaşlayar və qaranlıqda, naməlumluqda itdiyini hiss edərsən. Gözlərini uzaq üfüqə tikib sənə yol göstərəcək bir damla , bir işıq axtararsan. Özünü tək, naşı hiss edərsən. Artıq hər gün endiyin o pilləkən sənin üçün başqa bir məna qazanmışdır. Təkrar kəşf edilməsi lazım olan yeni bir sahədir.
Bax biz əslində həyatda bu şəkildə yol alarıq. Qaranlıqdan işıqlığa, sonra təkrar yeni bir qaranlığı kəşf etmək, işıqlandıra bilmək üçün bu dəfə də işıqlıqdan qaranlığa addımlayarıq.
Bu addımlarla irəliləyərik həyatda …
Bəzən irəliləmək üçün etibarlı sahələrimiz tərk etməmiz, tanış yol yoldaşlarımızı buraxmamız, qaranlıq dehlizlərə dalmamız lazımdır. Bu bizim yolumuzdur. Kimisə bu yola məcbur ata bilmərik. Buradakı sürətimiz bizim öz sürətimiz, buradakı müddət öz müddətimizdir.
Ən yaxınımız üçün belə doğru olan sürəti biz bilməyik. Bizə yaraşan yola çıxanı sevgiylə yola salmaq, qalmağı seçənlə isə sevgiylə vidalaşmaqdır. Yolumuzun üzərindəki qaranlıq da, işıqlıq da bizə aiddir. Bu bölüşülməz, amma uzaqdan görünə bilər.
İndi mənə de: sən öz yolunda haradasan?
Məni soruşsan; bir müddətdir, öz yolumda yeni fərqindəliklərimi yığaraq irəliləyirəm. Öhdəçilik get-gedə ağırlaşdı. Çox vaxt qaranlıqda qaldım, dayandım gözlədim. ‘Bir işıq yansa da işim asanlaşsa' dedim. Bu qədər fərqindəliklə nə edəcəyəimi bilmədim. O anlar susdum. Hərəkət etmədim. Sanıram uzun bir səssizlik oldu. Təkrar işığa gəldiyimdə içim sevinclə doldu, sözlər ağızımdan çıxıb yazıya töküldü. Təkrar yeni bir qaranlığıma dalmadan əvvəl işıqdakı və qaranlıqlardakı fərqindəliklərimlə sizə görünə bilmək diləyiylə yenidən yazıram.
Tarix: 10.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Qadın dünyası