Altseksual Azərbaycan qadını
Bizim qadınlar qərb qadınlarından həm də psixologiyalarına görə köçündən ayrı düşmüş durna kimidir. Bu təkcə region, din, məmləkət və sürtülmüş mentalitet sözü ilə həmahəng deyil.
Şərqin konservativ düşüncə tərzinə islamla yanaşı qadınlar da böyük qüvvə kimi təsir edir. Yəni şərq qadınının böyüdüb tərbiyə verdiyi oğul-uşaq da bu tərbiyyənin daşıyıcısı olur.
Qadınların formalaşma dövrü cinsi yetginliklə demək olar ki, üst-üstə düşür. Sevgi münasibətləri olan, sevərək evlənən qadınlar romantik və gülər üz olur.
Sevib, lakin sevgilisinə qismət olmayan qadınlar isə dəhşətli dərəcədə aqressiv və qaraqabaq olur.
Anormal cinsi və münasibətlər olan yerdə normal təfəkkürdən danışmaq cətin məsələdir.
Boşanmların səbəbləri kimi cox vaxt bu cür məsələlərə göz yumuruq.
Bizim elə qadınlar var ki, seksi anlamadan onunla məşğul olur. Nəticədə də, həyatını dəyişəcək problemlərlə üzləşir. Mən qadınları günahlandırmaq düşüncəsində deyiləm. Cəmiyyətin ümumi bəlaları onlara zərbə vurur.
Necə ola bilər ki, bir işi bilmədən onunla məşğul olursan??? Seks təkcə bioloji tələbat deyil. Burda psixiloji drum, insan hissləri üstün mövqedədir.
Əvvəlcədən deyim ki, seks əvəzinə sevişmə yazıldığını görəndə ətim tökülür. Şit cümlələrlə cinsəl münasibətlərdən yazmaq olduqca düşük alınır. Səmimi olmadan nəsə yazmaq oyunbazlıqdır məncə.
Müsəlman ölkəsi olduğumuzdan təbii ki, seksual həyat da qapalı və görünməzdir. Yəni gızlı seksualdır. Bioloji təlabat bütün dinlərdən də əvvəl insan oğlunun döyüşdən əvvəl alnına yazılıb. Bizdən fəqrli olaraq Amerika və Avropa ölkələrində seks anlamı adi və normal qarşılanır.
Təsəvvür elə ki, qarabala igidlərimizdən biri Parisin ehtiraslı həyatından cuşə gələrək fransız gözəlçələrinin dadına baxmaq istəyir. Deyək ki, lap firəng dilini tum kimi çırtlayıb Parisin küçələrini səpir. Gedir yaxınlaşır agbircək bir fransız xalasına. Ondan cinsi oyantılarını sakitləşdirmək üçün fahişəxana soruşur. Fransız xalası da heç təəçüblənmədən ona lazlimi ünvanla bərabər xoş təbəssüm göstərir. Qarabala isə qoryucunu vecinə almasa da, fransız gözəli ona, nəinki qoruyucu, hətta tibbi araylş da təqdim edir.
Sözümün canı bu deyil. Bu onların seks mədəniyyətidir. Bizdə əlbət də ki, belə deyil. Olmasını heç istəmirik də (?).
Bizdə qeyri qanunu olsa da fahişəxanalar var. Ara sıra polis əməkdaşları onları gün işığına çıxarır.
Lakin elə bu qeyri qanuni yerlərdən birinə əcnəbi gəlib, partnyorundan tibbi arayış tələb etsə şoka düşər. Yəqin ki, ən yaxşı halda təpəsində istənilən bir əşya görər. Söyüşün də biri 1 sent.
Demək istədiklərim tamam ayrı mətləbdir. Sevgisi Qobustan qayalrına dəyən xanımlar candərdi ərə getdikləri kişinin ömrünü məhv etməklə məşguldur.
Onda nəyə lazıb belə ailə. İtlə pişik kimi yaşamaqdansa normal insan kimi yaşamaq olmazmı. Onların cinsi münasibətləri də it-pişik kimidir. Burda həzz və xöşbəxt dəqiqələrin saniyəsindən söhbət belə gedə bilməz. Əsas iş isə uşaq dünyaya gətirməkdir.
Biruzə verməyən seksual məqamlar həmişə alt məqamlara keçir. Mən seksual məqamlar dedikdə cinsi prosesləri nəzərdə tutmuram.
Hətta halalca əri ilə yataga girən arvad fikrində köhnə sevgilisndən serial "çəkir”. Üzdə seks prosesi, altda isə öz seksual xəyalları.
Altseksual düşünən xanımlarımız həmişə dəvəsi ölmüş ərəb kimi fikir içində boğulur. Psixoloji drumun pozulması təkararən deyirəm bəzən natamam seksual proseslərin nəticəsidir. Bizim qadınlar, üzü də bilmədən alt seksual olaraq yaşayırlar.
Seks hamının həyatında var. Bu tanrının bəşər övladına qoyduğu qanunlardandır. Bundan qacmaq mümkün deyil və qacana da cəmiyyətimiz müxtəlif adlar yapışdırır.
Altseksual olmaq qadınlarımızn günahı deyil. Məsələ ondadır ki, şərq mentaliteti, cəmiiyət düşüncəsi burda əsas hakimi mütləqdir. Və bu mütləqiyyət Azərbaycan qadınını da altseksual olmağa məcbur edir.
Tarix: 10.01.2015 / 13:34 Müəllif: Aziza Baxılıb: 172 Bölmə: Qadın dünyası